Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Axır ki ağ balıq da yada düşdü

Axır ki ağ balıq da yada düşdü21 aprel 2004-cü il tarixində ABŞ-nin Canlı Təbiət və Balıqların Mühafizə Xidməti nərə balıqları fəsiləsindən olan bölgəni yox olma təhlükəsi altında olan növlərin siyahısına daxil etmişdir. Qərar 6 aydan sonra qüvvəyə minəcək. Bölgənin dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır.
ABŞ-ın bu addımına cavab olaraq «Exo» qəzetində (22 aprel 2004, №76) «Kürü sevənlər üçün bəd xəbərlər» başlığı altında məqalə dərj olunmuşdur. Məqalədə müəlliflər ənənəvi surətdə nərə balıqlarının kürüsünün ixracı ilə məşğul olan ölkələrin mümkün iqtisadi itkiləri ilə bağlı narahatlıqlarını bildirmişlər. Eyni zamanda bu məqalədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurunun və bir ixtisasçının ”Amerika dövlətinin bu addımı Azərbaycana ziyan vurmayacağı” barəsində şərhləri əks olunmuşdur.
Ölkənin iqtisadi rifahını güdən ixtisasçılarımızın təşvişini anlayırıq.
Lakin…qayıdaq bölgə balığına.
Bölgə (Huso huso) – çox yaşayan balıqdır, lakin cinsi yetkinliyə gec çatır. Orta hesabla, erkək fərd 13-21 yaşlarında, dişi fərd isə 16-27 yaşlarında cinsi yetkinliyə çatır və yalnız hər 4-8 ildən bir kürü qoyur. Hazırkı zamanda bölgə balıqları cinsi yetkinliyə bir qədər tez çatır: erkəklər – 10, dişilər – 14 yaşlarında.
Bölgə keçici balıqdır: dənizdə yaşayır, kürü tökmək üçün isə çaylara gedir. Lakin Volqa, Terek, Kür, və Araz çaylarında su bəndlərinin tikilməsi ilə əlaqədar çayların axarları dəyişilmiş. Bu da nərə balıqlarının təbii kürüləmə yerlərinə mənfi təsir göstərmişdir, yəni məhdudlaşmışdır.
Mütəxəssislər hesab edirlər ki, təbiətdəki bölgə balıqlarının 90%-dən çoxu zavod şəraitində yetişdirilib təbiətə buraxılan balıq körpələri hesabına bərpa olunur.
Təəssüflər olsun ki, ölkəmizdə zavod şəraitində yetişdirilən bölgə balıqları haqqında, o cümlədən dənizə buraxılan bölgə körpələri haqqında heç bir rəsmi məlumatımız yoxdur. Eyni zamanda, Kür çayına kürüləmə üçün gedən fərdlərin sayı haqqında da məlumatımız yoxdur. Lakin vəziyyəti aydınlaşdırmaq üçün nərə balıqlarının yetişdirilməsi üzrə Rusiyanın qabaqcıl şirkəti olan “BİOS”-un təcrübəsinə müraciət edək. L.Salnikov, ixtisasca bioloq, bu mövzu ilə əlaqədar öz məqaləsində (Həştərxan, “Volqa”, 29 oktyabr 2003) belə bir nəticəyə gəlir ki, nərə balıqlarının zavod şəraitində yetişdirilməsi iqtisadi baxımdan effektiv deyil. O qeyd edir ki, hazırda BİOSda balıq yetişdirilməsi sahəsində əldə edilən vəziyyət elədir ki, yetişdirilməyə sərf olunan balıq kürüsü satılsa idi, bu daha sərfəli olardı.
Əgər qabaqcıl balıqyetişdirmə şirkətində vəziyyət belə gərgindirsə, onda başqa zavodlar haqqında nə demək olar?
Çox məyus bir vəziyyət yaranır. Nərə balıqlarının zavod şəraitində yetişdirilməsi iqtisadi baxımdan effektiv deyil… Kür və Araz çaylarının axarlarının nizamlanmasından öncə olan nərə balıqlarının təbii kürüləmə yerlərini tam bərpa etmək qeyri-mümkündür. Bu fikir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmuru Rauf Hacıyevə mənsubdur (“Exo”, 23.09.03).
Eyni zamanda nərə balıqlarının ovlama və kürü ixracı norması keçən illə müqayisədə, demək olar ki, dəyişilməmişdir. Bəs bölgə balığının vəziyyəti necə olacaq…

Esmira Əsədullayeva

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO