Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Cana bəla çəkmələr!

Cana bəla çəkmələr!Çəkmələrdən yazmaq istəyirəm, ayaqlarımızı bəzəyən hər nə varsa, ondan: yüngül yay ayaqqabılarından tutmuş uzunboğaz qış çəkmələrinə kimi. Hazırkı dövrdə çəkmə seçmək və almaq problem deyildir. Bakının mağazalarında alıcıları geniş çeşiddə müxtəlif qiymətlərlə (10 000 manatdan tutmuş (2 amerika dolları) 250 amerika dollarına kimi və daha baha) ayaqqabılar təklif olunur. Maddi imkanından asılı olaraq, hər bir şəxs mövsümdə özünə bir neçə cüt ayaqqabı ala bilər. Hərçənd satılan ayaqqabıların keyfiyyəti o qədər qənaətbəxş olmasa da, bahalı çəkmələrin keyfiyyəti bir qədər yüksəkdir.
Lakin məqsədimiz mağazalarımızda satılan çəkmələri təbliğ etmək deyildir. Əksinə, çəkmələrimizin ətraf mühitə, ilk növbədə isə sağlamlığımıza vuran ziyanı açıqlamaq və sizlərə çatdırmaqdır.
Yaxın vaxtlara kimi mən öz seçimimdə modaya, ayaqqabının rahatlığına, və nəhayət, ayaqqabının qiymətinə əsaslanırdım. Lakin bəyəndiyim modeli əldə edərkən, heç zaman ayaqqabının səhhətimə və ətraf mühitə vura biləcəyi zərər haqqında düşünmürdüm. İnternetdən oxuduğum bir məqalə diqqətimi bu problemə cəlb etdi və mən, fikirlərimi sizlərlə bölüşmək istəyirəm.
Lina Zernova öz məqaləsində yazır (mənbə: ENWL): «Bir cüt ayaqqabı istehsal edərkən bütöv bir arsenal kimyəvi maddələrdən istifadə olunur. Kimyəvi maddələrlə ayaqqabıların altlığı, astarı və başqa hissələrinin də zəngin olmasını nəzərə alsaq, necə bir «kimyəvi silahın» əldə etdiyimizi təsəvvür etmək çətin deyildir.
Ayaqqabı istehsalı ilə məşğul olan yarırəsmi, gizli şirkətlər çəkmələri cəzbedici və ucuz etmək məqsədi ilə kimyəvi tərəqqinin məhsullarından maksimum istifadə edirlər. Çəkmələrin rezin altlıqları zərərli kadmiy, polivinilxlorid altlıqlar isə ftalatlarla zəngindir.»
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, moda həvəskarları öz səhhətlərinə istiqamətlənmiş ziyan vururlar. Belə ki, ayaqlarımız bilavasitə çəkmələrin astarı ilə sıx əlaqədə olduqları üçün zərərli maddələr dabanlarımızın bioloji fəal nöqtələrinə neqativ təsir göstərir.
Bundan başqa, ayaqqabı istehsalında ətraf mühitə də ciddi ziyan vurulur. Dəri sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin tullantıları yüksək konsentrasiyada ağır metallarla zəngindir. Çaylara və dənizlərə axıdılan bu tullantılar hər bir canlını məhv etməyə qadirdir və məhv edir də…
Zibilliyə tullanılan çəkmələr isə çürümürlər və qalay-qalay yığılırlar. Odur ki, təzə çəkmələrinizi geyməmişdən öncə bir qədər havaya verin və… qənaətcil olun. Çünki əşyalara olan qənaətcil münasibət təbii ehtiyatlarımızın mühafizəsində vacib addımdır.

Esmira Əsədullayeva[/left]

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO