Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Daraqlının kefi…

Daraqlının kefi…Çağırılmamış qonaq – Mnemiopsis dediyi kimi tanınan daraqlı, Xəzərdə ekoloji fəlakətə səbəb ola bilər. Bu mövzuda kütləvi informasiya vasitələrində çoxsaylı məlumatlar verilir, beynəlxalq və yerli səviyyədə elmi konfrans və seminarlarda müzakirə olunur, dünyanın təcrübəli elm adamları cəlb olunmaqla tədqiqatlar aparılır. Daraqlı haqqında o qədər fikirlər söyrənilir ki, gözümüzün önündə Azov dənizindən delfini qovan, Xəzər dənizində nərə balıqlarının və suitilərinin sevimli qidası olan kilkəni ac qoyan və bununla da, hamını vahiməyə gətirən qorxulu bir məxluq canlanır. Gəlin dənizlərin qənimi ilə bir qədər yaxından tanış olaq.
Adi daraqlı – sallanmış pərləri olan bir parça şəffaf həlməşiyə bənzəyir. Bütün vücudu boyu 8 sıra yüzlərlə kiçicik kürəkdən ibarət lövhəciklər uzanır. Xarici görünüşünə görə lövhəciklər darağı xatırlatdığındın, onu daraqlı adlandırıblar. Gün işığında lövhəciklər bərq vurur, qaranlıqda isə daraqlı, çin fənəri kimi işıq saçır.
Lakin zahirən çox cəlbedici olmasına baxmayaraq, çox primitiv məxluqdur. Əzələ sistemi inkişaf etməyib, əsəb sistemi və hissiyyat orqanları zəif inkişaf edib. Çox yüksək regenerasiya (itirilmiş orqanlarını bərpa etmək) qabiliyyətinə malikdir. Geniş dairədə duzluluq dərəcəsinin dəyişilməsinə və oksigen çatışmamazlığına dözümlüdür.
3-25oC temperaturda fəaliyyət göstərir. Daraqlının çoxala bildiyi temperaturun aşağı həddi donma nöqtəsinə yaxındır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO