Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Ekoloji cəhətdən təmiz yuyucu toz: həqiqət, yoxsa əfsanə?

Ekoloji cəhətdən təmiz yuyucu toz: həqiqət, yoxsa əfsanə?Televiziya ekranlarından tamaşaçılara yağdırılan reklamların demək olar ki, 20%-i yuyucu vasitələrə həsr olunmuşdur. Yuyucu vasitələrin təmizləmə keyfiyyətləri, qiyməti, iqtisadi səmərəliliyi, əlverişliliyi və s. xüsusiyyətləri tərif edilir. Bütün bunlardan sonra tamaşaçılarda belə bir hiss yaranır ki, təmizləyici vasitə istehsalçıları öz məhsulları ilə aləmi doldurmaq istəyir. Elə bil ki, bundan sonra hər tərəf parlaq və təmiz olacaq. Yuyucu vasitələr bir çox problemlərin həllində, o cümlədən şəxsi həyatımızda baş verən çətinlikləri dəf etməkdə kömək edir.
Görəsən bu həqiqətən də belədirmi? Yuyucu vasitələrin kimyəvi keyfiyyətlərini şərh etmədən bilavasitə onların ekoloji cəhətdən səmərəliliyini araşdıraq, yəni ki bu vasitələrin canlı Təbiətə təsirini.
Adətən satışda tam zərərsiz yuyucu vasitələr olmur. Tanınmış istehsalçıların markaları altında çoxlu sayda saxta yuyucu vasitələrə də artıq alışmışıq. Ev xanımlarımız da paltarı əl ilə yuyandan sonra barmaqlarda əmələ gələn qaşınmaya və ya allergiyaya məhəl qoymurlar.
Ətraf mühitin çirklənməsində yuyucu vasitələrin payı az deyil. Hələ 70-ci illərdə «Biosfera və onun mühafizəsi problemləri» kitabında V.A.Popov yuyucu vasitələrin təbiətə təsirini canlı boyalarla təsvir etmişdir: «Cansıxıcı mənzərəni unutmaq çətindir: günəşli may günündə Sena üzərində sabun köpüklərindən aysberq axını sahilə tərəf hərəkət edir. Yuyucu vasitələr bioloji təmizləməyə uğramadığı üçün çayların heyvan və bitki aləminə məhvedici təsir göstərir, suyu hətta bostanların suvarması üçün də yararsız edir. Yuyucu vasitələrdən istifadəni ciddi nizama salmaq lazımdır, kimyaçılar isə onların hazırlanma texnologiyasını dəyişərək mikrobioloji dağılmaya həssas etməlidirlər».
Təəssüflər olsun ki, bu günə kimi təmizləyici vasitələrin problemi öz aktuallığını itirməyib. Məsələn, Qara dənizin biomüxtəlifliyinə məhvedici təsir göstərən yuyucu vasitələr narahat doğurmaya bilməz: «Krasnodar bioloqlarının fikrinə əsasən müasir yuyucu və təmizləyici vasitələrinin dəniz heyvanlarına zərərli təsiri neftlə müqayisədə yüksəkdir. Yüksək qatılıqda yuyucu vasitələr axar suda bütün canlıları məhv edir. Neftlə çirklənmədən yalnız bu çirklənmənin təsir dairəsinə düşən dəniz heyvanları məhv olur. Lakin yuyucu vasitələr isə suda yaxşı həll olunduğundan böyük məsafələrə yayılırlar (mənbə: BS-Info)».
Sözsüz ki, bu kimi məlumatlara ədəbiyyatda tez-tez təsadüf olunur, nəticə isə eynidir: «Yuyucu vasitələrin ətraf mühitə zərərli təsiri şübhə doğurmur». Görəsən bu ziddiyyətli məsələdən çıxış yolu varmı? Yuyucu vasitələrin təmizləmə keyfiyyətini saxlamaqla ətraf mühitə mümkün qədər zərərsiz təsirini təmin etmək mümkündürmü?
Sən demə, mümkündür…
Bununla əlaqədar diqqətinizə xüsusi yuyucu tozun reseptini təklif edirik. Zərərsiz yuyucu tozun hazırlama yolunu isə İqor Babanin (Zero Waste Ru) göstərmişdir. Bu resept allergiyası olan insanlara, azyaşlı uşaqları olan valideynlərə və ümumiyyətlə, zavodlarda istehsal olunan yuyucu tozlara həssas olan insanlara tövsiyə edilir. Bir də ətraf mühiti çirkləndirmək istəməyənlərə…
Bu yuyucu tozdan («Təmiz planetin resepti» kitabından) nəinki əl ilə yuyulmada, həm də bahalı müasir paltaryuyan maşında da istifadə etmək olar. Ticarət markalı detergentlərdən (kimyəvi maddələrdən) zərərsiz alternativə uğurlu keçidi təmin etmək məqsədilə, siz ilk növbədə paltarlarınızı həmin maddələrdən azad etməlisiniz. Bunun üçün paltarları 50 ml yuyucu soda əlavə etməklə qaynar suda yumalısınız. Bu, paltarları saralmaqdan mühafizə edəcək.
Ekoloji cəhətdən zərərsiz yüyücü toz hazırlamaq üçün 250 qr yonulmuş sabun, 125 ml yuyucu soda və 125 ml boraksdan (borat turşusunun natrium duzu) qarışıq hazırlamaq və xüsusi qutuda saxlamaq lazımdır. Yumadan qabaq 125 ml bu qarışıqdan paltaryuyan maşına tökmək lazımdır. Paltarları suya çəkən zaman 125-250 ml çaxır sirkəsindən istifadə etsəniz, sabun qalıqları itəcək və paltarlar yumşalacaq.»
Gördüyünüz kimi, əlverişli və asan yolla həm təmizliyimizi qoruya bilərik, həm də ətraf mühiti…

Esmira Əsədullayeva

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO