Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Günəş, hava və su – dostlarımızdırmı? Birinci dost – hava

Günəş, hava və su - dostlarımızdırmı? Birinci dost - havaİndiki dövrdə hava mühiti, sadəcə desək, nəfəs aldığımız hava olduqca mühüm problemli məsələlərdən biridir. Həm də ən əsas problem odur ki, şəxsi təhlükəsizliyi təmin etmək üçün, praktiki olaraq, heç bir tədbir görmək mümkün deyil. Hətta ən yaxşı təchiz edilmiş kondinsionerlər havanı yalnız mexaniki qatışıqlardan təmizləyə, soyuda və rütubəti tənzimləyə bilər, lakin onun tərkibinə heç bir təsir göstərimir. Bizə isə ancaq havadakı aqressiv və bəzən iyi çox da yaxşı olmayan qazlarla nəfəs almaq qalır.
Fəaliyyəti nəticəsində xeyli miqdarda tullantılar buraxan müəssisələrin, nəqliyyatın atmosferə mənfi təsiri keçən il yenidən sübut edildi. O zaman ABŞ elektrostansiyalarının çoxu öz işini dayandırmışdı. Kollec-Parkdakı Merilend Universitetinin tədqiqatçıları elektrostansiyalarının çoxu dayandırılmış və işıqsız qalmış ərazilərdən hava nümunələrinin analizi haqqında məlumatlar dərc etmişdir. Onlar qəzadan bir il qabaq eyni günün məlumatlarını müqayisə edib müəyyən etdilər ki, kükürd 4-oksidin dərəcəsi 90% , ozonun dərəcəsi isə 50% azaldı, görünmə dərəcəsi isə 40 km artdı.
ABŞin ətraf mühitin mühafizəsi agentliyinin verdiyi məlumatlara görə, elektrostansiyalarda zərərli maddələrin tullanışlarının səviyyəsi ikidə üç hissə qədər azaldı. Bununla belə, havanın təmizliyinin həqiqi təsirini müəyyən etməyə mümkün olmadı, çünki elektrik enerjisi olmadığından yerüstü meteostansiyalar işləmirdi.
ABŞ üzərindən bütün aviareyslər qadağan edilmiş 11 sentyabrda və sonrakı iki gündə bundan da maraqlı nəticələr alınmışdır. Məlum oldu ki, təyyarələrin yaratdığı inversiya izləri effektinin olmaması havanın temperaturunun əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxartdı.
Temperaturun artıb-azalması orta hesabla 1,2 dərəcə Selsi təşkil edirdi, yəni gecə daha soyuq, gündüz isə isti idi. İqlimin xüsusiyyətləri ilə əlaqədar olaraq inversiya izlərinin daha çox əmələ gəldiyi ərazilərdə 11-13 sentyabrda temperaturun dəyişməsi 3 dərəcə təşkil edirdi.
Nəqliyyatın fəaliyyəti dayandırılarsa, atmosferdə nə cür dəyişikliklərin baş verəcəyini yalnız ehtimal etmək olar. Bir çox ölkələrdə bununla bağlı müxtəlif tədbirlər görülür.
Maşınların tulladığı zərərli maddələrdən meydana gələn çirklənməyə qarşı ən yaxşı üsul – avtomobillərin texniki vəziyyətinə nəzarətdir.
Gəlin, öz xüsusi aerodinamikası ilə fərqlənən Bakıda havanın təmizliyi ilə bağlı tədbirlərin necə həyata keçirildiyinə baxaq. Bakının mərkəzi hissəsində küçələrin dar olması yaranmış tıxaclarda yubanıb qalan hər kəsə bəllidir. Tıxacdan çıxmağa çalışan sürücülər mühərriki söndürmürlər və nəticədə tərkibində qurğuşun olan zəhərli qazlar buraxan çoxlu sayda maşın məhdud bir ərazidə yığılır. Ətrafdakı binaların sakinləri, piyadalar və sərnişinlər belə hava ilə nəfəs alıb nə hiss etdiklərini və bunun nəticələrini bilmək çətin deyil: baş ağrısı, allergiya, ürəkbulanma və digər daha ciddi nəticələr.
Bəs nə etməliyik?
Əvvəlcə, küçələrə nəzər yetirək: bəzi küçələrdə sürücülər yolun daralmasına və avtomobillərin hərəkətinə mane olmasına baxmayaraq, maşınları, az qala, iki sırada düzürlər. Məhz belə hallarda avtomobil müfəttişliyi öz bacarığını göstərməlidir – şifahi göstərişdən tutmuş, nömrələrin çıxarılmasına qədər.
Marşrut taksilərinin çoxluğu və texniki vəziyyəti haqqında o qədər yazılmış və danışılmışdı ki, təkrar etməyə dəyməz. Artıq bir ildir ki, məsul şəxslər Bakı sakinlərini marşrut taksilərinin daha böyük avtobuslarla əvəz ediləcəyinə inandırırlar. Bəli, əvəz edilmə başlayıb, lakin bu “yeni” avtobusların görünüşü qorxuducudur. Şübhəsiz ki, elə maşınların hərəkət hissələri də bu vəziyyətdədir. Biz havanın çirklənməsi problemini bu cür həll edə bilmərik.
Bəs nə edək, təmiz havanı da dənizin kənarında gözləyək?
Düzdür, dənizin təmizliyi məsələsi də olduqca aktualdır, amma bu, ayrı bir söhbətin mövzusudur.

İradə Yaqubova

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO