Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Günəş, hava və su – dostlarımızdırmı? İkinci dost – Günəş

Günəş, hava və su - dostlarımızdırmı? İkinci dost - GünəşMən fikir vermişəm ki, astronomiya elmi ilə yaxından tanış olmayan insanlar bir çox dərdlərimizin və problemlərimizin səbəbkarının Günəş olduğunu iddia edirlər, 11-illik dövr haqqında danışırlar. İstilik və işıq mənbəyini hər şeydə günahlandırırlar – xəstəliklərin yayılma səviyyəsinin artmasından tutmuş… siyasi proseslərin fəallaşmasına qədər.
Bəli, biz həqiqətən “qonşumuzdan” asılıyıq, tutqun havada gün sanki hədər keçmiş olur. Günəşin aktivliyi Yerdə və kosmosda baş verən bir çox hadisələrə təsir edir: iqlim, hava (havanın temperaturu, yağıntılar), vulkan püskürmələri, çayların axımı, dənizlərin və Dünya okeanın səviyyəsi.
Bu səbəbdən, Günəşin aktivliyinin necə dəyişəcəyini bilsək, müəyyən prosesləri proqnozlaşdırmaq və onlara qabaqcadan hazırlaşmaq mümkündür. Astronomların verdiyi məlumatlara əsasən hal-hazırda, maksimal göstəricisini 2000-ci ilin sonunda almış və indidən belə 2010-cu ilədək Günəş aktivliyi azalmağa doğru gedən 23-cü (sürix numerasiyası) 11-illik dövr müşahidə olunur.
Bu isə Yer kürəsinin temperaturunun aşağı düşməsi deməkdir. Ona görə də istixana effekti konsepsiyasından alınan istiləşmə yox, soyuma baş verəcək. Şimal yarımkürəsi üçün temperaturun aşağı düşməsi 0,3 – 0,5 dərəcə təşkil edəcək. Bu da öz növbəsində dənizlərin buzlaşma səviyyəsini artıracaq, yağıntıların miqdarı və deməli çayların axımı artacaq. 2010-2040-cı illər 1900-1940-cı illərə oxşar olacaq. O vaxt Ukraynanın Dnepr, Desna və Pripyat çaylarının axımı indikidən 1,5 dəfə çox olmuşdu. Ona görə 2010-2040-cı illərdə çaylarda suyun yığılma dərəcəsi xeyli artacaq, çay hövzələrində daşqınların baş verəcəyi ehtimal olunur.
Təxminən eyni vaxtda Yerin vulkanik və seysmik fəaliyyəti artacaq. Bu dövrdə 1927-ci ilin Krım zəlzələsi təkrar oluna bilər. Biz isə 25 noyabr 2000-ci ildə Bakıda baş vermiş zəlzələnin şahidləri, o cümlədən də iştirakçıları olmuşuq.
İndi isə Günəşin öz “problemləri” var: çərşənbə axşamı Moskva vaxtı ilə səhər saat təxminən 9.10-9.20 və 15.15 – 15.25 radələrində Günəşin aşağı hissəsində Günəş diskini soldan sağa kəsib keçən qara nöqtəni görmək mümkün olacaq. Günəş sisteminin planetlərindən biri olan Venera qısa müddətə də olsa onun mərkəzi olmağa cəhd edəcək.
Günəş sisteminin səma mexanikası belədir ki, Venera Günəş diskinin üzərindən bir neçə ildə cəmi iki dəfə keçir, sonra isə bu hadisə uzun müddət baş vermir. Axırıncı dəfə Venera Günəşin üzərindən 1882-ci ildə keçib, gələn dəfə bu, 5-6 iyun 2012-ci ildə, sonra isə 11 dekabr 2117-cı ildə baş verəcək.
Alimlər hesab edirlər ki, Veneranın keçməsini müşahidə etmək üçün ən təhlükəsiz yol – televiziya və ya internet translyasiyasıdır. Optik teleskopun istifadəsi, baxdıqdan sonra alınan şəklin hər hansı bir ekranda proyeksiyası verildiyi halda mümkündür. Doğrudur, Günəşin səyahətini adi gözlə his bağlamış şüşədən, yanmış fotolentdən, iki gün eynəyi, binokl, teleskop, hətta videokamera və ya fotoaparatın yaxınlaşdırıcı optikası vasitəsilə də görmək mümkündür. Əlbəttə, belə daha yaxşı görünəcək, lakin nəzərə alın ki, gözləri xarab etmək təhlükəsi çox böyükdür.
YADDA SAXLAYIN: Veneraya baxdıqda lazımi ehtiyat tədbirlərini görməsəniz, görmə qabiliyyətini uzun müddətə korlaya və ya onu tamamilə itirə bilərsiniz.
Korlara yardım üzrə Milli Kral təşkilatından (Royal National Institute of the Blind) Anita Laytstoun (Anita Lightstone) qeyd edir ki, gözləri qorumadan Veneranın keçməsini cəmi 5 saniyə izlədikdə görmə qabiliyyəti pozulur.
Odur ki, dostlar, hamınızdan yazılanlara ciddi yanaşmağınız xahiş olnunur. Günəş – dostdur, lakin yalnız o halda ki, siz mütəxəssislərin məsləhətlərinə əməl edirsiniz.

İradə Yaqubova

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO