Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasinin Qanunu

Bu Qanun Azərbaycan Respublikasında hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələrin, tədqiqatların və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların hazırlanması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

hidrometeorologiya fəaliyyəti – meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və təbii mühitin monitorinqi üzrə müşahidələrin, tədqiqatların və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların toplanması; təhlili, hazırlanması, saxlanılması, ötürülməsi və elmi-texniki təminatı ilə bağlı həyata keçirilən işlər və xidmətlər;

milli hidrometeorologiya sistemi – Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müşahidələr və tədqiqatlar aparan, məlumatlar hazırlayan və hidrometeorologiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən müəssisələrin, idarələrin və təşkilatların məcmusu;

təbii mühitin monitorinqi – hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloci xüsusiyyətlərini, fiziki xassələrini təyin edən müntəzəm müşahidə və tədqiqatlar sistemi;

müşahidə şəbəkəsi – meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və təbii mühitin monitorinqi üzrə mərkəzlərin, rəsədxanaların, stansiyaların, tədqiqat gəmilərinin, laboratoriyaların, ölçü vasitələrinin, texniki komplekslərin və digər müşahidə məntəqələrinin məcmusu;

hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondu – milli dövlət hidrometeorologiya sisteminin, beynəlxalq və kosmik meteorologiya sistemlərinin meteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və təbii mühitin monitorinqi üzrə məlumatlar toplusu;

fəlakət törədə bilən hidrometeoroloji hadisələr və təbii mühitin ekstremal çirklənmə dərəcəsi barədə məlumatlar – atmosferdə, yer səthində və su obyektlərində baş verən fövqəladə hadisələr və təbii mühitin yüksək çirklənməsi barədə faktiki və proqnoz xarakterli məlumatlar;

xüsusi təyinatlı məlumatlar – istehlakçıların tələblərinə uyğun olaraq hidrometeorologiya və təbii mühitin çirklənməsi barədə hazırlanan məlumatlar;

məqsədli hidrometeoroloji işlər – hüquqi və fiziki şəxslərin sifarişi ilə hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə aparılan müşahidələr, tədqiqatlar və hazırlanan məlumatlar;

atmosfer proseslərinə fəal təsir işləri – texniki vasitələrlə doluya qarşı mübarizə, süni yağış yağdırma və təhlükəli təbii proseslərə qarşı digər mübarizə tədbirləri.

Maddə 2. Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Hidrometeorologiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

Hidrometeorologiya fəaliyyəti ilə əlaqədar meydana çıxan su, torpaq, əmlak, təbiəti mühafizə və digər münasibətlər bu Qanunla yanaşı Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 3. Hidrometeorologiya fəatiyyəti sahəsində hüquq münasibətlərinin obyektləri və subyektləri

Hidrometeorologiya fəaliyyəti sahəsində hüquq münasibətlərinin obyektləri aşağıdakılardır:

Azərbaycan Respublikasının üzərindəki hava məkanı;

Azərbaycan Respublikasının ərazisində yerləşən torpaq və bitki örtüyü;

Azərbaycan Respublikasının daxili suları və Xəzər dənizinin (gölünün) akvatoriyası.

Hidrometeorologiya fəaliyyəti sahəsində hüquq münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçılarıdır.

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından hidrometeorologiya fəaliyyəti sahəsində hüquq münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.

Bələdiyyələr hidrometeorologiya fəaliyyəti sahəsində hüquq münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları hidrometeorologiya fəaliyyəti sahəsində hüquq münasibətlərində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada sahibkarlıq fəaliyyəti göstərmək və öz ehtiyaclarını ödəmək məqsədi ilə iştirak edirlər.

Maddə 4. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları

Mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, vətəndaşları və vətəndaşlığı olmayan şəxslər (bundan sonra “hüquqi və fiziki şəxslər”) hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçılarıdır.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların sifarişçiləri və istifadəçiləri həmin məlumatların istehlakçılarıdır.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların hazırlanması, əldə edilməsi, istifadə şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri istehsalçılar və istehlakçılar arasında bağlanmış müqavilələr əsasında müəyyən edilir.

Maddə 5. Hidrometeorologiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu və hüquqi şəxslərin dövlət qeydiyyatı

Hidrometeorologiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu və hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

II fəsil

HİDROMETEOROLOGİYA FƏALİYYƏTİ SAHƏSİNDƏ İDARƏETMƏ

Maddə 6. Hidrometeorologiya sahəsində dövlətin vəzifələri

Hidrometeorologiya sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

təbii fəlakət, texnogen qəzalar və süni təsir nəticəsində yaranan fövqəladə hallarda hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələr və tədqiqatların aparılmasını, məlumatlar hazırlanmasını və müvafiq orqanlara verilməsini təşkil etmək;

təhlükəli hidrometeoroloji hadisələrin başlanması, güclənməsi və davamiyyəti barədə operativ proqnozların hazırlanmasını və müvafiq orqanların xəbərdar edilməsini təşkil etmək;

müvafiq dövlət orqanlarını, əhalini, kütləvi informasiya vasitələrini və iqtisadiyyatın ayrı-ayrı sahələrini recim, sorğu, faktiki və proqnoz məlumatları, gözlənilən təbii təhlükəli hadisələr va təbii mühitin yüksək çirklənmə dərəcəsi və təhlükəsi barədə xəbərdarlıqlarla təmin etmək;

mülki və hərbi aviasiyanın meteoroloji təminatını həyata keçirmək;

atmosfer proseslərinə fəal təsir işlərini, dövlət müşahidə şəbəkəsinin mühafizəsini həyata keçirmək;

təbii meteoroloji hadisələrin, atmosferdə baş verən təbii, texnogen, fiziki, kimyəvi proseslərin vəziyyətini və inkişafını müəyyənləşdirmək, bu proseslərin torpaq, su, canlı orqanizmlərə və ətraf mühitə təsirinin öyrənilməsini təşkil etmək;

yer səthinin radiasiya balansını öyrənmək, atmosferin şəffaflıq dərəcəsini təyin etmək, aeroloji və ozonometrik ölçmələr, meteoroloji şəraitin kənd təsərrüfatı bitkilərinin inkişafına təsirini müəyyən etmək üçün aktınometrik və aqrometeoroloji müşahidələrin aparılmasını təşkil etmək;

meteoroloji, aqrometeoroloji və günəş radiasiyasi üzrə məlumatların toplanılmasını, təhlil edilməsini, ümumiləşdirilməsini və saxlanılmasını təmin etmək;

Xəzər dənizinin (gölünün), çayların, göllərin, su anbarlarının, digər su obyektlərinin recimini, su ehtiyatlarının vəziyyətinin öyrənilməsini təşkil etmək, dövlət orqanlarını, kütləvi informasiya vasitələrini, təsərrüfat subyektlərini, əhalini baş verəcək təhlükəli hadisələr (daşqın, sel, subasma, yüksək dalğalanma və s.) barədə məlumat və xəbərdarlıqlarla təmin etmək;

atmosferin, su obyektlərinin,;torpaqların fiziki və kimyəvi tərkibi, çirklənmə dərəcəsi üzrə müşahidələr və tədqiqatlar aparılmasmi təşkil etmək;

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

Maddə 7. Dövlət hidrometeorologiya xidməti

Azərbaycan Respublikasında dövlət hidrometeorologiya xidməti hidrometeorologiya fəaliyyətinin həyata keçirilməsindən, idarə edilməsindən və bu fəaliyyət növlərinə dövlət nəzarətindən ibarətdir.

Dövlət hidrometeorologiya xidməti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

III fəsil

HİDROMETEOROLOGİYA FƏALİYYƏTİNİN DÖVLƏT TƏNZİMLƏNMƏSİ

Maddə 8. Hidrometeorologiya sahəsində dövlət tənzimlənməsi

Hidrometeorologiya sahəsində dövlət tənzimlənməsi aşağıdakılardan ibarətdir:

hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində dövlət siyasətini həyata keçirmək;

hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlərə əməl edilməsinə nəzarət etmək;

hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki senədləri, layihələri, formaları və təlimatları təsdiq etmək;

hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə elmi-texniki bazanın yaradılması, inkişafı, müşahidə və tədqiqatların aparılması, məlumatların toplanması, təhlili, saxlanılması və istifadəsi üzrə milli hidrometeorologiya sistemini yaratmaq və onun fasiləsiz işini təmin etmək;

hidrometeoroloji müşahidə şəbəkələrinin uçotunu aparmaq, fəaliyyətini əlaqələndirmək və inkişaf etdirmək;

hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondunu yaratmaq və qorunüb saxlanmasını təmin etmək;

hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının mənafeyini müdafiə etmək;

hidrometeorologiya fəaliyyəti sahəsində uçot və hesabat sistemlərinin hazırlanmasını və hidrometeorologiya məlumatlarının sertifikatlaşdırılmasını həyata keçirmək;

müşahidə metodlarının, hesablamaların, proqnozların vahid sistem üzrə aparılmasına, sertifikatlaşdırılmasına və meteoroloci təminatına nəzarət etmək.

Maddə 9. Hidrometeorologiya fəaliyyətinin əsas prinsipləri

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən hidrometeorologiya fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır:

müşahidələrin qloballığı, ardıcıllığı, kompleksliyi və fasiləsizliyi;

müşahidə və tədqiqatların aparılmasında, məlumatların toplanmasında, təhlilində, ümumiləşdirilməsində, saxlanmasında və ötürülməsində texnoloji proseslərin eyniliyi;

hidrometeorologiya fəaliyyəti üzərində dövlət nəzarətinin zəruriliyi;

hidrometeorologiya fəaliyyətinin milli və beynəlxalq hidrometeorologiya sistemləri və şəbəkəsi ilə əlaqələndirilməsi və uzlaşdırılması;

hidrometeorologiya fəaliyyətinin həyata keçirilməsində və məlumatların istifadəsində dövlətin mənafeyinin qorunmasının təmin edilməsi.

Maddə 10. Hidrometeorologiya fəaliyyətinin forma və növləri

Azərbaycan Respublikasında hidrometeorologiya fəaliyyəti müşahidə və tədqiqatların aparılması, məlumatların hazırlanması və ötürülməsi formalarında həyata keçirilir.

Hidrometeorologiya fəaliyyətinin növləri aşağıdakılardır:

meteoroloji, aqrometeoroloji, aeroloji, aktinometrik və istilik balansı müşahidələri;

hidroloji, dəniz hidrometeoroloji müşahidələri və tədqiqatları;

atmosferin, səth sularının, torpaq və bitki örtüyünün çirklənməsi üzərində müşahidələr;

ozonometrik, radiometrik və meteoroloji radiotokasiya müşahidələri;

təbii mühitin fon vəziyyətinin monitorinqi;

qanunvericiliklə müəyyən edilmiş digər fəaliyyət növləri.

Hidrometeorolegiya fəaliyyəti əhəmiyyətindən asılı olaraq məhdud və açıq informasiya kateqoriyasına aid müşahidə və məlumatlardan ibarətdir.

Məhdud informasiya kateqoriyasına aid müşahidə və məlumatlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır və hazırlanır.

Açıq informasiya kateqoriyasına aid müşahidə və məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada hidrometeorologiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilir və hazırlanır.

Məhdud və açıq informasiya kateqoriyasına aid müşahidələrin aparılması, məlumatların hazırlanması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təlimatlar əsasında həyata keçirilir.

Maddə 11. Hidrometeorologiya fəaliyyətinin həyata keçirilməsi qaydaları

Hidrometeorologiya fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Hidrometeorologiya fəaliyyətinin xüsusi icazə tələb edən növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 12. Hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlər

Hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlər meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq, təbii mühitin monitorinqi üzrə müşahidələrin, tədqiqatların və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların toplanması təhlili, hazırlanması və istifadəsində normativ-texniki tələbləri, norma və qaydaları müəyyən edir.

Hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlərin tələblərinə əməl edilməsi bütün hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları və istehlakçıları üçün məcburidir.

Hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlər müşahidələrin aparılması, məlumatların hazırlanması, ekspertizası və mübahisəli məsələlərin həlli üçün əsasdır.

Hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilir.

Maddə 13. Hidrometeorologiya fəaliyyətinin meteoroloji təminatı

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların formatı, meteroloji və terminoloci təminatı vahid ölçülərdə aparılır.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə ölçmə vasitələrinin yoxlanılması və məlumatların sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Maddə 14. Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin aparılması

Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələr və tədqiqatlar atmosferdə, yer səthində və su obyektlərində baş verən proseslər üzrə aparılır, bütün hadisələr və meteoroloji elementlər uçota alınır.

Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələr və tədqiqatların aparılması və hadisələrin uçotu hidrometeoroloji stansiyalar, aero və kosmik mərkəzlər, digər müşahidə məntəqələri tərəfindən həyata keçirilir.

Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, meteoroloji hadisələrin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş təlimatlara uyğun həyata keçirilir.

Maddə 15. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar

Hidroneteorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların təhlili nəticəsində hazırlanan proqnozlar, xülasələr, arayışlar, sorğu məlumatları, xəritə və bülletenlər hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar hesab edilir.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar operativ və ümumi təyinatlı olur.

Operativ və ümumi təyinatlı məlumatların növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Maddə 16. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatı

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatı atmosferdə, yer səthində və su obyektlərində baş verən proseslərin nəticələrinin uçotunu aparmaq, hazırlanmış məlumatların mənbəyinə və düzgünlüyünə nəzarət etmək məqsədi ilə həyata keçirilir.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təlimatlarla müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır.

Qeydiyyata alınmış hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlara onların mənbəyi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sertifikatlar verilir.

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları, habelə digər hüquqi və fiziki şəxslər təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisələr, təbii mühitin ekstremal çirklənməsi barədə əldə etdikləri məlumatları təcili olaraq müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

Maddə 17. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadə

Azərbaycan Respublikasında müvafiq qaydada qeydiyyata alınmış, mənbəyi və keyfiyyəti barədə sertifikatları olan hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar istifadə oluna bilər.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istifadəsi ödənişsiz və ödənişli olur.

Ödənişsiz məlumatlar müvafiq dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə verilir, istehsalçıların və dövlət elmi tədqiqat və təhsil müəssisələrinin daxili tələbatını ödəmək üçün istifadə olunmur.

Ödənişli məlumatlar istehlakçıların sifarişi ilə tərəflər arasında bağlanmış müqavilələr əsasında hazırlanır, ötürülür və istifadə olunur.

Ödənişsiz və ödənişli məlumatların növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

IV fəsil

HİDROMETEOROLOGİYA VƏ TƏBİİ MÜHİTİN MONİTORİNQİ ÜZRƏ TƏLİMATLARIN MÜHAFİZƏSİ

Maddə 18. Hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti

Hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:

hidrometeorologiya fəaliyyəti üzrə normativ-texniki sənədlərə əməl edilməsinə nəzarət;

hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların qeydiyyatı və müşahidə şəbəkələrinin uçotu;

hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondunun istifadəsi və mühafizəsi;

mülki və hərbi aviasiyanın meteoroloji təminatı;

atmosfer proseslərinə fəal təsir işlərinin həyata keçirilməsi;

dövlət hidrometeorologiya şəbəkəsinin mühafizəsi.

Hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Maddə 19. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondu

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondu dövlət və idarə məlumatlar fondlarından ibarətdir,

Dövlət məlumatlar fonduna ümumdövlət və sahələrarası əhəmiyyət kəsb edən məhdud və açıq informasiya kateqoriyasına aid məlumatlar toplanır.

Dövlət məlumatlar fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur.

İdarə məlumatlar fondlarına xüsüsi təyinatlı, məqsədli və açıq informasiya kateqoriyasına aid məlumatlar toplanır. İdarə məlumatları fondları müəssisə, idarə və təşkilatların sərəncamlarında olur.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondunun materiallarının başqa şəxslərə verilməsinə və surətinin çıxarılmasına fondların sərəncamçılarının razılığı ilə yol verilir.

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalçıları, müəlliflik və mülkiyyət hüquqları saxlamamaqla, hazırlanılmış materialların bir nüsxəsini xidməti istifadə üçün qanunvericiliklə müəyyən edilmiş qaydada hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fonduna verməlidirlər.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə elmi tədqiqat təyinatlı və qısamüddətli elmi təcrübələrin nəticələri hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fonduna verilmir.

Maddə 20. Hidrometeoroloji müşahidə şəbəkələrinin mühafizəsi

Azərbaycan Respublikasının ərazisində yerləşən hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə mərkəzlər, rəsədxanalar, stansiyalar, tədqiqat gəmiləri, laboratoriyalar, ölçü vasitələri, texniki komplekslər və digər müşahidə məntəqələri dövlət tərəfindən mühafizə olunur.

Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hidrometeoroloji müşahidə şəbəkələri müvafiq icra hakimiyyəti orqanında uçota alınırlar.

Müşahidə şəbəkələrinin köçürülməsi, yerlərin dəyişdirilməsi, yenilərinin quraşdırılması və fəaliyyətlərinin dayandırılması müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilə bilər.

Atmosfer proseslərinə fəal təsir işlərini həyata keçirən texniki komplekslərin başqa məqsədlər üçün istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

Müşahidə şəbəkələri üçün torpaq sahələrinin və su akvatoriyalarının ayrılması Azərbaycan Respublikasının torpaq və su qanunvericiliyi ilə tənzimlənir.

Təbii proseslərin qanunauyğunluqlarını düzgün müəyyən etmək üçün müşahidə şəbəkələrinin ətrafında mühafizə zonaları ayrılır və bu zonalarda təsərrüfat fəaliyyəti qadağan edilir.

Ərazilərində hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə rəsədxanalar, stansiyalar, digər müşahidə məntəqələri yerləşən torpaq sahələrinin və su obyektlərinin mülkiyyətçiləri və istifadəçiləri, həmin məntəqələrin və ölçü vasitələrinin toxunulmazlığını təmin etməli, onların korlanması və ya məhv edilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməli, məntəqələrdə hidrometeoroloji işlərin aparılması üçün lazımi şərait yaratmalıdırlar.

Hidrometeoroloji müşahidə şəbəkələrinin istifadəsi və mühafizəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təlimatlar əsasında müəyyən edilir.

Maddə 21. Hidrometeorologiya və təbii mühitin monitorinqi məlumatları üzərində müəlliflik hüquqlarının qorunması

Hidrometeorologiya və təbii mühitin monitorinqi məlumatları üzərində müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunur.

Maddə 22. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar və müşahidə şəbəkələri üzərində mülkiyyət hüquqlarının qorunması

Dövlət hidrometeorologiya sisteminin məlumatları, dövlət müşahidə şəbəkəsi, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə dövlət məlumatlar fondu Azərbaycan Respublikasının dövlət mülkiyyətidir.

Müvafiq icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə hazırlanmış hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar, müşahidə şəbəkələri, habelə idarə məlumatlar fondları həmin şəxslərin mülkiyyətidir.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar və müşahidə şəbəkələri üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunur.

V fəsil

HİDROMETEOROLOGİYA FƏALİYYƏTİNİN İQTİSADİ TƏNZİMLƏNMƏSİ

Maddə 23. Hidrometeorologiya fəaliyyətinin maliyyələşdirilməsi

Dövlət sifarişi hesabına həyata keçirilən hidrometeorologiya və təbii mühitin monitorinqi işləri, hidrometeorologiya və ətraf mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərindən irəli gələn xərclərin ödənilməsi, habelə hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti Azərbaycan Respublikasının büdcəsindən maliyyələşdirilir.

Bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə xüsusi təyinatlı və məqsədli hidrometeoroloji işlər onların sifarişçiləri tərəfindən maliyyələşdirilir.

Hidrometeorologiya fəaliyyəti hüquqi və fiziki şəxslərin, xarici investisiyanın və beynəlxalq təşkilatların yardımı hesabına da maliyyələşdirilə bilər.

Hidrometeorologiya və təbii mühitin monitorinqi işlərinin elmi təminatı müvafiq elmi tədqiqat və ixtisaslaşdırılmış tədris müəssisələri tərəfindən həyata keçirilir, məqsədli proqramlar əsasında dövlət büdcəsi və büdcədənkənar ödəmələr hesabına maliyyələşdirilir.

Maddə 24. Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmələr

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə aşağıdakı işlərə ödəmələr alınır:

məlumatların seçilməsinə, surətlərinin çıxarılmasına və istifadəyə verilməsinə;

hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının dövlət məlumatlar fondundan istifadəyə;

hidrometeoroloji müşahidə şəbəkələrinin xidmətindən istifadəyə;

qanunvericiliklə müəyyən edilmiş digər xidmət işlərinə.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların istifadəsinə görə alınmış ödəmələr sahənin inkişafına yönəldilir.

Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları müvafiq icra hakimiiyyəti orqanı tərəfindən müəyyən edilir.

VI fəsil

HİDROMETEOROLOGİYA FƏALİYYƏTİ SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Maddə 25. Beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikasının milli hidrometeorologiya sistemi beynəlxalq hidrometeorologiya şəbəkəsi ilə daimi əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının milli hidrometeorologiya sistemi qlobal və məhəlli hidrometeorologiya sistemlərinin yaradılmasında və inkişaf etdirilməsində iştirak edir, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlar mübadiləsini aparır.

Hidrometeorologiya fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq və məlumatlar mübadiləsi Azərbaycan Respublikasının beynəlxalq müqavilələri və sazişləri əsasında həyata keçirilir.

Maddə 26. Hidrometeorologiya fəaliyyəti üzrə beynəlxalq sifarişlərin yerinə yetirilməsi

Azərbaycan Respublikasının hüquqi şəxslər və vətəndaşları tərəfindən xarici dövlətlərin müvafiq orqanlarına hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidə və tədqiqatlar aparılmasına və məlumatlar hazırlanmasına sifarişin verilməsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl edilməklə müqavilələr əsasında həyata keçirilir.

Xarici dövlətlərin hüquqi şəxsləri, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının müvafiq orqanlarına hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin, tədqiqatların aparılmasına və məlumatların hazırlanmasına sifarişlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müqavilələr əsasında həyata keçirilir.

Hidrometeorologiya fəaliyyəti üzrə beynəlxalq sifarişlər beynəlxalq standartların, metodların və normaların tələblərinə uyğun həyata keçirilir.

Maddə 27. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə hidrometeorologiya fəaliyyəti üzrə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

VII fəsil

HİDROMETEOROLOGİYA FƏALİYYƏTİ HAQQINDA

QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

Maddə 28. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına səbəb olan əqdlərin etibarsızlığı

Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.

Maddə 29. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 30. Mübahisələrin həlli

Hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, məlumatların hazırlanması, istifadəsi və mühafizəsi ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 17 aprel 1998-ci il

http://eco.gov.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO