Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

  1. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təsdiq edilsin (əlavə edilir).
  2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

  1. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2008-ci il

№ 796

 

  Azərbaycan Respublikası Prezidentinin

2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə

 TƏSDİQ EDİLMİŞDİR

Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri

NORMALARI

  1. Ümumi müddəalar

1.1. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları (bundan sonra – normalar) “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir.

Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir.

1.3. Bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir.

  1. Səs-küyün normalaşdırılan parametrləri və yolverilən səviyyələri

2.1. Daimi səs-küyün normalaşdırılan parametrləri (L) orta həndəsi tezlikli 63, 125, 250, 500, 1000, 2000, 4000, 8000 Hs oktava zolaqlarında (səs təzyiqinin oktava səviyyələri), desibellərlə (dB) səs təzyiqinin qiymətləridir.

Təxmini qiymətləndirmə məqsədilə (LA, dB) səs səviyyəsindən istifadə edilməsinə icazə verilir.

2.2. Daimi olmayan səs-küyün normalaşdırılan parametrləri dBA ilə səsin ekvivalent enerjisi (L A.ekv ) və maksimal səviyyəsi (L A.maks ) -dır.

Daimi olmayan səs-küyün yolverilən səviyyələrə uyğunluğunun qiymətləndirilməsi eyni vaxtda ekvivalent və maksimal səs-küy səviyyələrinə görə təyin edilir.

2.3. Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir.

  1. Vibrasiyaların normalaşdırılan parametrləri və yolverilən qiymətləri

3.1. Vibrasiyanın normalaşdırılan parametrləri olaraq, vibro təcilinin – La (vibro sürətinin -LV), səviyyələri dB-ilə və yaxud 2, 4, 8, 16, 31, 5, 63 Hs orta həndəsi tezliklərində oktavalı zolaqlarda vibrasiya yerdəyişmələri – S, m qəbul edilmişdir.

Təxmini qiymətləndirmələr üçün korreksiya (düzəlişlər) edilmiş vibrasiya təcili akorr -m.c-2 , (vibrasiya sürətləri – Vkorr, m.c-1, vibrasiya yerdəyişmələri – Skorr, m) və yaxud La vibrasiya təcilinin korreksiya edilmiş səviyyəsinə (Lv -vibrasiya sürəti) dB ilə istifadə edilməsinə icazə verilir.

3.2. Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri Cədvəl 2-də, binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri Cədvəl 3-də, binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri Cədvəl 4-də verilmişdir.

3.3. Cədvəl 2-də və 3-də verilmiş sabit olmayan vibrasiyalar üçün səviyyələrin yolverilən səviyyələrinə -10dB düzəlişi daxil edilir, Cədvəl 4-də isə verilmiş vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələrinə isə «0,32» əmsalı daxil edilərək düzəliş verilir.

Cədvəl 1

Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları

 

Sıra sayı Otaqların təyinatı Günün

vaxtı

Orta həndəsi tezlikli (Hs) oktava zolaqlarında

səs təzyiqinin səviyyələri, dB

Səs səviyyəsi LA və ekvivalent səs səviyyəsi Maksimal səviyyə,
63 125 250 500 1000 2000 4000 8000 LA.ekv., dBA LA.max

dBA

1 2 3 4 5 6 7 8 9 10 11 12 13
1 Binaların (mənzillərin) yaşayış otaqları Gündüz

Gecə

59

51

63

55

48

39

52

44

40

31

45

31

34

24

39

29

30

20

35

25

27

17

32

22

25

14

30

20

23

13

28

18

35

25

40

30

50

40

55

45

2 Mehmanxana, yataqxana, istirahət və pansionat evlərinin yaşayış otaqları Gündüz

Gecə

67

59

57

48

49

40

44

34

40

30

37

27

35

25

33

13

45

35

60

50

3[1] Qocalar və əlillər üçün internat-evlərinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil internat məktəblərinin yaşayış otaqları Gündüz

Gecə

63

55

52

44

45

35

39

29

35

25

32

22

30

20

38

18

40

30

55

45

4[2] İnzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələr Gündüz 71 61 54 49 45 42 40 38 50 65
5 Xəstəxana və sanatoriyaların palataları Gündüz

Gecə

59

51

48

39

40

31

34

24

30

20

27

17

25

14

23

13

35

25

50

40

6[3] Xəstəxanaların əməliyyat otaqları Gündüz 55 44 35 29 25 22 20 18 30 45
7 Tibb idarələrin həkimlər otağı Gündüz 59 48 40 34 30 27 25 23 35 50
8[4] Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinetləri, təhsil müəssisələrininauditoriyaları, konfrans zalları, qiraət zalları, müşavirə (müzakirə, görüş) otaqları Gündüz 63 52 45 39 35 32 30 28 40 55
9 Mehmanxana, yataqxana, istirahət və pansionat evlərinin xolları Gündüz 71 61 54 49 45 42 40 38 50 60
10 Kafe, restoran, yeməkxanaların zalları Gündüz 75 66 59 54 50 47 45 43 55 65
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
11 Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları Gündüz 79 70 63 58 55 52 50 49 60 70
12 Xəstəxana və sanatoriya binalarına bilavasitə bitişik ərazilər Gündüz

Gecə

67

59

57

48

49

40

44

34

40

30

37

27

35

25

33

23

45

35

60

50

13[5] Yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, qocalar və əlillər üçün internat-evlərinə, məktəbəqədər , ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilər Gündüz

Gecə

75

67

66

57

59

49

54

44

50

40

 

47

37

 

 

45

35

 

 

44

33

 

55

45

70

60

14 Mehmanxana və yataqxanalara bilavasitə bitişik ərazilər Gündüz

Gecə

79

71

70

61

63

54

59

49

55

45

53

42

51

40

49

39

60

50

75

65

15 Xəstəxana və sanatoriyaların istirahət meydançaları Gündüz 76 59 48 40 34 30 27 25 23 35
16[6] Mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, qocalar və əlillər üçün internat-evlərinin istirahət meydançaları, məktəbəqədər , ümumi və digər təhsilmüəssisələrinin meydançaları Gündüz 67 57 49 44 40 37 35 33 45 60

 

Qeydlər:

  1. Səs-küyün səs təzyiqi, səsin ekvivalent enerjisi və maksimal səviyyələri Dövlət Ümumi Standartları və Tələbləri (DÜST) 17187 və beynəlxalq praktikada qəbul edilmiş metodikalardan istifadə etməklə müəyyən edilir.
  2. Xarici mənbələrin binalarda yaratdığı səs-küyün yolverilən səviyyələri binaların normativ ventilyası şəraitində (yaşayış binaları, palatalar, siniflərdə – nəfəslik, xəfəng, ensiz pəncərə laylarının açıq olması) təyin edilir.
  3. Pəncərələri küçə və yollara açılan otaqlarda xarici nəqliyyat mənbələrinin yaratdığı səs-küyün yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB-dən artıq, yəni +5dB düzəlişlə (dBA) götürülməlidir.
  4. Tonal və (və ya) impuls xarakterli səs-küydə səs təzyiqi, səs səviyyəsi, səsin ekvivalent səviyyələrinin yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB-dən aşağı, yəni -5dB (dBA) düzəlişlə götürülməlidir.
  5. Bitişik (əlavə) tikilmiş ticarət və ictimai-iaşə müəssisələrinin ventilyasiya, havasərinləşdirici və havaqızdırıcı sistemlərinin, habelə qızdırıcı, su təchizatı və soyuducu qurğu sistemlərinin nasoslarından yaranan səs-küyün yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB aşağı, yəni -5dB (dBA) düzəliş nəzərə alınmalıdır. Bu halda tonallığa düzəliş nəzərə alınmır.

 

Cədvəl 2

Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri[7]

 

Sıra sayı Otaqların təyinatı Günün

vaxtı

Orta həndəsi tezlikli oktava zolaqlarda (Hs) vibrasiya təcilinin LA səviyyələri, dB Vibrasiya təcilinin LA, korreksiya olunmuş səviyyələri, dB
2 4 6 16 31,5 63
1 2 3 4 5 6 7 8 9 10
1 Mənzillərin yaşayış otaqları Gündüz

Gecə

77

72

78

73

80

75

86

81

92

87

98

93

77

72

2 Ümumi yataqxananın yaşayış otaqları Gündüz

Gecə

80

72

81

76

83

78

89

84

95

90

101

96

80

75

3 Mehmanxana nömrələri Gündüz

Gecə

80

75

81

76

83

78

89

84

95

90

101

96

80

75

4[8] İstirahət evlərinin, pansionatların, qocalar və əlillər üçün internat-evlərinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsilinternat məktəblərinin yaşayış otaqları Gündüz

Gecə

77

72

78

73

80

75

86

81

92

87

98

93

77

72

5[9] Ofis otaqları, inzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələr Gündüz 80 81 83 89 95 101 80
6 Xəstəxana və sanatoriyaların palataları Gündüz

Gecə

74

69

75

70

77

72

83

78

89

84

95

90

74

69

7 Xəstəxanaların əməliyyat otaqları 69 70 72 78 84 90 69  
8 Tibbi idarələrin həkimlər kabineti 77 78 80 78 92 98 77  
9[10] Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinələri, auditoriyaları, konfrans zalları, kitabxanaların qiraət zalları, klubların, kinoteatrların tamaşa zallarından ibarət binaları 77 78 80 86 92 98 77  
10 Kafe, restoran, yeməkxanaların zalları, kinoteatr və teatr foyeləri 80 89 83 89 95 101 80  
11 Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları 80 81 83 89 95 101 80  

 

Qeydlər:

  1. Cədvəldə a0=10–6 m.c-2 verilmiş vibrasiya təcilinin desibellərlə (dB) səviyyələri titrəmə təcilinin dayaq qiymətində təyin edilmişdir.
  2. Hər bir oktava zolağında vibrasiya təcilinin səviyyələri üç qarşılıqlı perpendikulyar olan oxlar (X,Y.Z) istiqamətində hesablanır və yaxud ölçülür. Hər üç istiqamətdə alınan ən böyük səviyyə yolverilən səviyyə ilə müqayisə olunur.

 

Cədvəl 3


Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri

 

Sıra sayı Otaqların təyinatı Günün

vaxtı

Orta həndəsi tezlikli oktava zolaqlarda (Hs) vibrasiya sürətlərinin səviyyələri

Lv, dB

Titrəmə sürətinin korreksiya edilmiş səviyyələri, LV. düz, dB
2 4 6 16 31,5 63
1 2 3 4 5 6 7 8 9 10
1 Mənzillərin yaşayış otaqları Gündüz

Gecə

81

76

76

71

72

67

72

67

72

67

72

67

72

67

2 Ümumi yataqxananın yaşayış otaqları Gündüz

Gecə

84

79

79

74

75

70

75

70

75

70

75

70

75

70

3 Mehmanxana nömrələri Gündüz

Gecə

84

79

79

74

75

70

75

70

75

70

75

70

75

70

4[11] İstirahət evlərinin, pansionatların, qocalar və əlillər üçün internat-evlərinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil internat məktəblərinin yaşayış otaqları Gündüz

Gecə

81

76

76

71

72

67

72

67

72

67

72

67

72

67

5[12] Ofis otaqları, inzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələr 84 79 75 75 75 75 75  
6 Xəstəxana və sanatoriyaların palataları Gündüz

Gecə

78

73

73

68

69

64

69

64

69

64

69

64

69

64

7 Xəstəxanaların əməliyyat otaqları   73 68 64 64 64 64 64
8 Tibbi idarələrin həkimlər kabinəsi   81 76 72 72 72 72 72
9[13] Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinələri, auditoriyaları, konfrans zalları, kitabxanaların qiraət zalları, klubların, kinoteatrların tamaşa zallarından ibarət binaları   81 76 72 72 72 72 72
10 Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları.   84 79 75 75 75 75 75

 

Qeydlər:

  1. Cədvəldə desibellə verilmiş titrəmə sürətinin səviyyələri (Vo = 5.10–8 m.c-1) dayaq qiymətlərində təyin edilmişdir.
  2. Hər bir oktava zolağında vibrasiya sürətinin səviyyələri üç qarşılıqlı perpendikulyar olan oxlar (X,Y.Z) istiqamətində hesablanır və yaxud ölçülür. Hər üç istiqamətdə alınan ən böyük səviyyə yolverilən səviyyə ilə müqayisə olunur.

 

Cədvəl 4


Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri

 

Sıra sayı Otaqların təyinatı Günün

vaxtı

Orta həndəsi tezlikli oktava zolaqlarında

(Hs) vibrasiya yerdəyişmələri,

S, m. 10-6

Düzəlişli vibrasiya yerdəyişmələri

S düz, m.10-6

2 4 6 16 31,5 63
1 2 3 4 5 6 7 8 9 10
1 Mənzillərin yaşayış otaqları Gündüz

Gecə

45

25

13

7,1

4

2,3

2

1,1

1

0,6

0,5

0,3

0,5

0,3

2 Ümumi yataqxananın yaşayış otaqları Gündüz

Gecə

64

36

18

10

5,7

3,2

2,8

1,6

1,4

0,8

0,7

0,4

0,7

0,4

3 Mehmanxana nömrələri Gündüz

Gecə

64

36

18

10

2,7

13,2

2,8

1,6

1,1

0,8

0,7

0,4

0,7

0,4

4[14] İstirahət evlərinin, pansionatların, qocalar və əlillər üçün internat-evlərinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil  internat məktəblərinin yaşayış otaqları Gündüz 45 13 4 2 1 0,5 0,5
5[15] Ofis otaqları, inzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələr Gündüz

Gecə

45

64

13

18

4

5,7

2

2,8

1

1,4

0,5

0,7

0,5

0,7

6 Xəstəxana və sanatoriyaların palataları Gündüz 32 9 2,8 1,4 0,7 0,4 0,4
7 Xəstəxanaların əməliyyat otaqları Gecə 18 5,1 1,6 0,8 0,4 0,2 0,2
8 Tibbi idarələrin həkimlər kabinəsi   18 5,1 1,6 0,8 0,4 0,2 0,2
9[16] Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinələri, auditoriyaları, konfrans zalları, kitabxanaların qiraət zalları, klubların, kinoteatrların tamaşa zallarından ibarət binaları   45 13 4 2 1 0,5 0,5
10 Kafe, restoran, yeməkxanaların zalları, kinoteatr və teatr foyeləri   45 13 4 2 1 0,5 0,5
11 Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları   64 18 5,7 2,8 1,4 0,7 0,7

Qeyd:

Vibrasiya yerdəyişmələrinin qiymətləri üç qarşılıqlı perpendikulyar olan oxlar (X,Y.Z) istiqamətində hər bir oktava zolağı üzrə hesablanır və yaxud ölçülür. Hər üç istiqamətdə alınan ən böyük səviyyə yolverilən səviyyə ilə müqayisələnir.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
  2. 21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1357)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 3-cü bənddə “uşaq idarələrinin ” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.

[2] 21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1357ilə“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları”nın 4-cü hissəsində “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.

[3] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının “Sıra sayı” sütununda 7-17 rəqəmləri müvafiq olaraq 6-16 rəqəmləri ilə əvəz edilmişdir.

[4] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 8-ci bənddən “təhsil müəssisələrinin” sözləri çıxarılmışdır, “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.

[5] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 13-cü bənddə “uşaq idarələrinə, məktəblər və digər tədris” sözləri “, ümumi və digər təhsil” sözləri ilə əvəz edilmişdir.

[6] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 16-cı bənddə “uşaq idarələrinin, məktəblərin və digər tədris” sözləri “, ümumi və digər təhsil” sözləri ilə əvəz edilmişdir.

[7] 21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1357ilə“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcililərinin yolverilən səviyyələri”nin adında “təcililərinin” sözü “təcillərinin” sözü ilə əvəz edilmişdir.

[8] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri”nin 4-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.

[9] 21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1357ilə“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcililərinin yolverilən səviyyələri”nin 5-ci hissədə “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.

[10] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri”nin 9-cu bənddə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.

[11] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 4-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.

[12] 21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1357ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 5-ci hissəsində “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.

[13] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 9-cu bənddə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.

[14] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 4-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.

[15] 21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1357ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 5-ci hissəsində “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.

[16] 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 9-cu bənddə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.

http://www.e-qanun.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO