Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 7.7-ci maddəsində nəzərdə tutulmuş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”ni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 15.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nı və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nı təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 21.7-ci maddəsində nəzərdə tutulmuş avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi qaydasını, habelə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələrini və ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. bu Fərmanın 3-cü bəndi ilə yaradılan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Əsasnaməsinin layihəsini, habelə strukturu və işçilərin say həddinə və fəaliyyətinin maliyyələşdirilməsi və təminatı ilə bağlı məsələlərə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.11. Azərbaycan Respublikasında avtomobil nəqliyyatı sisteminin inkişafına dair Tədbirlər Planının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.12. öz səlahiyyətləri daxilində “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

  1. Müəyyən edilsin ki:

2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 7.7-ci, 9.2-ci,14.1-1.1-ci və 14.1-1.4-cü maddələrində, 15.5-ci maddəsinin ikinci cümləsində, 18-ci, 21.7-ci, 21-1.4-cü, 26.3-cü maddələrində, 27.3-cü maddəsinin birinci cümləsində və 48.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;[1]

2.2. həmin Qanunun 3.2.1-ci6.5-ci və 7.5-ci maddələrində, 7.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 7-1.5-ci, 9.3-cü, 13.7-ci, 14.2.1-ci və 14.3-cü maddəsində, 15.5-ci maddəsinin birinci cümləsində, 15.7-ci maddəsinin birinci və ikinci cümlələrində, 21.1-ci, 27.3-cü maddəsinin üçüncü və dördüncü cümlələrində, 48.1-ci, 50.2-ci, 50.3-cü, 50.5-ci və 59-cu maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.[2]

2.2-1. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində avtovağzallara (avtostansiyalara), dayanacaq məntəqələrinə və avtomobil duracaqlarına, habelə yerüstü və yeraltı keçidlərə və xüsusi operativ nəqliyyat vasitələri üçün əlavə yollara münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi həyata keçirir; [3]

2.2-2. həmin Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyəti başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri həyata keçirir;

2.2-3. həmin Qanunun 27.3-cü maddəsinin dördüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən şəxslərə və taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi həyata keçirir;

2.3. həmin Qanunun 50.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə “İcazə” blankları verildiyi hallarda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, digər hallarda isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir; [4]

2.4. həmin Qanunun 59-cu maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətinin başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri nəzərdə tutulur;[5]

2.5. həmin Qanunun 7-1.6-cı maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.[6]

  1. Azərbaycan Respublikasında avtomobil nəqliyyatı sahəsində idarəetməni və dövlət nəzarət sistemini təkmilləşdirilmək məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən təsis edilmiş “Avtonəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti yaradılsın.
  2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, “Avtonəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirsin.
  3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyul 2008-ci il

№ 792

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

  1. 28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 oktyabr 2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 779)
  2. 6 aprel 2016-cı il tarixli 856 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 7 aprel 2016-cı il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 661)
  3. 23 iyun 2016-cı il tarixli 968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1064)
  4. 30 noyabr 2016-cı il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1840)
  1. 16 iyun 2017-ci il tarixli 1467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1083)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

[1] 30 noyabr 2016-cı il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1840ilə 2.1-ci bənddə “7.7-ci maddəsində” sözləri “7.7-ci, 9.2-ci,14.1-1.1-ci və 14.1-1.4-cü maddələrində” sözləri ilə əvəz edilmişdir, “21.7-ci,” sözlərindən sonra “21-1.4-cü,” sözləri əlavə edilmişdir.

16 iyun 2017-ci il tarixli 1467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1083ilə2.1-ci bənddə “26.3-cü və 48.2-ci maddələrində” sözləri “26.3-cü maddələrində, 27.3-cü maddəsinin birinci cümləsində və 48.2-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.

[2] 23 iyun 2016-cı il tarixli 968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1064ilə 2.2-ci bənddən “, 6.5-ci” və “21.1-ci, ” sözləri çıxarılmışdır.

30 noyabr 2016-cı il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1840ilə 2.2-ci bəndə “13.7-ci” sözlərindən əvvəl “7-1.5-ci, 9.3-cü,” sözləri əlavə edilmişdir.

16 iyun 2017-ci il tarixli 1467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132) , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1083 ilə 2.2-ci bənddə “27.3-cü” sözləri “27.3-cü maddəsinin üçüncü və dördüncü cümlələrində” sözləri ilə əvəz edilmişdir.

16 iyun 2017-ci il tarixli 1467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1083ilə2.2-ci, 2.2-1-ci, 2.2-2-ci, 2.3-cü və 2.4-cü bəndlərdə “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

[3] 23 iyun 2016-cı il tarixli 968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1064ilə yeni məzmunda 2.2-1-ci, 2.2-2-ci və 2.2-3-cü bəndlər əlavə edilmişdir.

[4] 28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 oktyabr 2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 779) ilə 2.2-ci bənddən “50.3-cü,” rəqəmi çıxarılmışdır və yeni məzmunda 2.3-cü bənd əlavə edilmişdir.

[5] 6 aprel 2016-cı il tarixli 856 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 7 aprel 2016-cı il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 661ilə 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.4-cü bənd əlavə edilmişdir.

23 iyun 2016-cı il tarixli 968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1064ilə 2.4-cü bənddə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətinin başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri” sözləri ilə əvəz edilmişdir.

[6] 30 noyabr 2016-cı il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1840ilə 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.5-ci bənd əlavə edilmişdir.

http://www.e-qanun.az/framework/15172

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO