Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Azərbaycanın əksər çimərliklərində dəniz suyu normal vəziyyətdədir

Azərbaycanın paytaxtı Bakının ətrafında yerləşən Şüvəlan, Mərdəkan, Zaqulba, Bilgəh, Nardaran, Pirşağı çimərliklərində dəniz suyu normal vəziyyətdədir. “Yalnız Şüvəlan və Buzovna çimərliklərində iki nöqtədə ciddi, orta və bəzən isə zəif çirklənmə müşahidə olunur. Bu da Bakı Kanalizasiya İdarəsinin kollektor qurğusunda təmirlə əlaqəlidir, nəticədə müvəqqəti olaraq təmizlənməmiş çirkab suları dənizə axıdılır”, bunu cümə günü ekologiya və təbii sərvətlər naziri (ETSN) Hüseyn Bağırov deyib.
Azərbaycanda çimərlik mövsümü mayın 15-də başlayıb. ETSN bu günlərdə Xəzərsahili çimərliklərdə apardığı monitorinqi yekunlaşdırıb.
Nazir bildirib ki, Pirallahı, Şüvəlan, Mərdəkan, Zaqulba, Bilgəh, Nardaran, Pirşağı çimərliklərində dəniz suyu çirkli vəziyyətdə deyil. Bağırov vurğulayıb ki, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq proqram nəzərdə tutulub. Artıq bu proqram çərçivəsində dənizdə təmizləyici modul qurğular da quraşdırılır. “Azərbaycanın Cənub bölgəsində və Sumqayıt istiqamətində də işlər davam etdiriləcək. Bakı Kanalizasiya İdarəsinin bütün axarları üzərində qurğular quraşdırılacaq və Hövsan təmizləyici qurğuya yönəldiləcək”, – deyə o, bildirib.

/www.trend.az/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO