Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Cəbhə xəttində çəyirtkələrin Azərbaycan kəndlərinə kütləvi təcavüzü davam edir

Tərtərin cəbhə xəttində yerləşən Çaylı kəndi çəyirtkələrin hücumuna məruz qalıb. Sakinlərin sözlərinə görə, ziyanverici həşəratların sayı işğal altındakı ərazilərdə ermənilərin törətdiyi yanğınlardan sonra daha artıb. Çəyirtkələr kəndin otlaq sahələrinin bir hissəsini məhv edib. Əvvəllər yalnız otlaqlarda görünən çəyitkələr artıq yonca sahələrinə də daraşıb. Onların yem bitkilərinin yarpaq və gövdəsinin yumşaq hissələrini yeməsi nəticəsində məhsuldarlıq da aşağı düşür, çünki çaylı kəndi ərazisində yaşayan insanlar əsasən maldarlıqla məşğul olur. Onların sözlərinə görə, bu həşəratların məhv edilməsi üçün təcili tədbirlər görülməsə, mal-qara üçün yem problemi yaranacaq.
Qeyd edək ki, Tərtər rayonunda çəyirtkələr iyun ayının əvvəlindən çoxlu sayda müşahidə olunur. Onlar əsasən təmas xəttində yerləşən yaşayış məntəqələrində yayılıb. Tərtər icra hakimiyyətinin Aqrar Şöbəsindən verilən məlumata görə, çəyirtkələr rayonun cəbhə xəttində yerləşən beş yaşayış məntəqəsində yayılmışdı, dəfələrlə dərman səpildiyindən onları məhv eləmək mümkün olmuşdu. Eyni səpin Çaylı kəndində də həyata keçiriləcək. Rayon icra hakimiyyətindən onu da bildirdilər ki, çəyirtkələr ermənilərin törətdiyi yanğınlarla əlaqədar işğal altındakı ərazilərdən gəldiyindən ziyanvericilərin kökünü tam kəsmək mümkün olmur.

/ans.az/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO