Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Xaççiçəkli tərəvəz xərçəngə qarşı müalicə xassələrinə malikdir

Brokkol, qulançar, gül kələm, turp, şalğam və qatıqotu kimi tərəvəzlər ağciyər xərçənginə qarşı profilaktik xassələrə malikdir.
ABŞ-ın “Rosvvel Park Cancer İnstitute” tibb mərkəzinin alimləri qeyd edirlər ki, bu cür məhsullar siqaretçəkənlər üçün xüsusilə yararlıdır, hərçənd onlar dərman preparatlarını tam əvəz edə bilməz. Onkoloqlar deyirlər ki, siqaret çəkənlər arasında, siqaret çəkməyin müddəti və intensivliyindən asılı olaraq, xaççiçəkli tərəvəzdən istifadənin ağciyər xərçəngi riskinin azalmasında müdafiə effekti 20 faizdən 55 faizədək olub. Karsinoması – daxili orqanları zədələyən bədxassəli şişi olan pasiyentlərdə xərçəngin inkişafının xeyli ləngiməsi müşahidə edilir. Karsinoma çox vaxt fəal siqaret çəkənlərdə olur.
Tədqiqatın aparıcı müəllifi professor Li Tanqın gəldiyi nəticələr onları tibbi tövsiyə kimi qəbul etmək üçün hələlik kifayət qədər tutarlı deyil. Lakin xaççiçəkli tərəvəzin xeyirli olmasının inandırıcı bioloji sübutları ağciyərdə xərçəng hüceyrələri ilə mübarizədə onların əhəmiyyətli rolunu təsdiq edir. Həkimlərin fikrincə, tərəvəzin qida rasionuna əlavə edilməsi hər bir halda qorxulu xəstəliyə qarşı immuniteti möhkəmləndirəcək.

/www.azertag.com/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO