Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Bakıda Azərbaycan-Koreya Ətraf Mühit üzrə Birgə Komitənin ilk iclası keçirilib

Noyabrın 24-dən Bakıda səfərdə olan Koreyanın ətraf mühit nazirinin müavini Honq Cun Seok, Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çul ilə birlikdə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, görüşdə H.Bağırov Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
Daha sonra isə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Koreya Ətraf Mühit Nazirliyi arasında Ətraf Mühit üzrə Birgə Komitənin Əsasnaməsinin imzalanma mərasimi və Birgə Komitənin birinci iclası keçirilib. Görüşdə ətraf mühitin komponentləri üzrə Komitənin təcrübə mübadiləsi, Azərbaycanda tullantıların idarə olunması, çirkab suların təmizlənməsi, havanın çirklənməsinin azaldılması, monitorinq, ekoloji təhsil və maarifləndirmə, biomüxtəliflik, təbiətin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə çıxarılması məsələləri müzakirə edilib.

/www.apa.az/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO