Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Hazırda Azərbaycanın da daxil olduğu en dairəsində maqnit həyəcanlanması hiss olunur

“Hazırda Azərbaycan ərazisində güclü geomaqnit fırtınası yoxdur”. Bu barədə Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib. E. Babayevin sözlərinə görə, ölkə ərazisində güclü maqnit fırtınasının olması ilə bağlı verilən məlumatlarda bir qədər yanlışlığa yol verilib: ”Hazırda Azərbaycanın da daxil olduğu en dairəsində maqnit həyəcanlanması hiss olunur. “Günəşin səthində “ac dəliyi” deyilən bir dəlik var. Oradan Yer kürəsinə yüksək sürətli plazma zərrəcikləri gəlir. Onlar Yer ətrafı fazaya çatanda Yerin maqnit sahəsində həyəcanlanmalar olur. Amma bizim en dairələrində təsir şimal en dairələrinə nisbətən zəif olur”.
E. Babayev bildirib ki, adətən belə həyəcanlanmalar yarım-iki gün davam edir: “Artıq bu həyəcanlanma başlayıb və Geomaqnit indeksi üzrə, 9 ballıq sistemdə 3 bal gücündədir. Orta ballıq həyəcanlanma 5 baldır. 9 ballıq həyəcanlanma isə çox nadir hadisədir və 10-11 ildə bir-iki dəfə baş verir. Azərbaycanda sonuncu dəfə güclü maqnit həyəcanlanması 2003-cü ilin oktyabr-noyabr aylarında müşahidə olunub”.
E. Babayevin sözlərinə görə, maqnit həyəcanlanmasından ajiotaja düşmək lazım deyil: “Sadəcə son günlər havalar pis keçir. Maqnit həyəcanlanması ilə pis hava şəraiti üst-üstə düşəndə rezonans effekti yaranır. Xroniki xəstələr, ürək-damar xəstəlikləri və qan təzyiqi olanlar, yaşlılar və uşaqlar, emosional gərgin və yorğun metohəssas insanlar bunu hiss edir”.

/www.apa.az/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO