Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Noyabrın 28-dən Azərbaycan ərazisində hava kəskin soyumağa başlayacaq

Azərbaycan ərazisində ötən həftə müşahidə edilən temperatur çoxillik iqlim normasından 9 dərəcəyədək yüksək olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva bildirib ki, ötən həftə Bakıda 22,7 dərəcə isti qeydə alınıb ki, bu da noyabr ayının üçüncü ongünlüyü üçün rekord göstəricidir. 100 illik meteoroloji müşahidələrə əsasən yalnız 1924-cü ildə bu cür isti (21,4 dərəcə) olub. Son 15 il ərzində noyabr ayının temperaturu iqlim norması daxilində tərəddüd edib.
U. Tağıyevanın verdiyi məlumata görə, noyabrın 25-də şimal küləyinin güclənməsi ilə əlaqədar temperatur rejimi aşağı enəcək və Bakıda gündüz 14-16, Aran rayonlarında 15-18, dağlıq rayonlarda isə 7-11 dərəcə isti olacaq. Ümumilikdə həftənin birinci yarısında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi şimal rayonlarında gecə saatlarında yağıntı düşəcəyi ehtimalı var. Həftənin sonunda isə havalar əsaslı şəkildə dəyişəcək, qeyri-sabit və yağmurlu olacaq, həftənin birinci yarısına nisbətən temperatur xeyli aşağı enəcək. Noyabrın 28-də axşam ölkənin qərb rayonlarından başlayaraq yağıntı müşahidə olunacaq. Noyabrın 29-30-da bu proses bütün ölkə ərazisini əhatə edəcək. Həmin günlərdə əksər rayonlarda yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Axşam və gecə saatlarında yağıntıların intensivləşəcəyi ehtimal edilir. Noyabrın 29-30-da Bakıda yağış yağacağı gözlənilir, havanın temperaturu isə müsbət 12-14 dərəcədən yüksək olmayacaq.

/www.apa.az/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO