Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

İşğal olunmuş ərazilərdə ağacların qırılması faktları Ermənistanla müharibədə arqument kimi istifadə olunacaq

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğal olunmuş ərazilərdə ermənilər tərəfindən qiymətli, nadir ağacların kəsilməsi faktları ilə bağlı beynəlxalq səviyyədə xüsusi addım atmayacaq. Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Nazir qeyd edib ki, bu fakt Ermənistanla hələ də davam edən müharibə şəraitində arqument kimi istifadə olunacaq: «Bununla göstərmək lazımdır ki, Ermənistan sülh haqqında danışıqlarda səmimi deyil, müharibə davam edir. Bu da Azərbaycana ziyan vurur».
H.Bağırov meşələrin mühafizəsinə nəzarətin gücləndiyini də deyib. Nazir hesab edir ki, meşələrin müasir idarəetmə metodlarına keçilsə, daha az ağac qırılacaq: «Onda kəndli ağacları daşıyıb aparmaz. Digər tərəfdən, bahalı olan ağac materiallarının yerlərdə yanacaq kimi istifadəsi norma kimi qəbul olunmaz. İnsanlar bunu başa düşər və imtina edər. Kənd əhalisi başa düşməlidir ki, ağac materialından istifadəyə həmişə alternativ var».

/www.apa.az/

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO