Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Rauf Sultanov

Fondun sədri. Rauf Lütvəli oğlu Sultanov 1948-ci ildə anadan olmuşdur. Azərbaycanlıdır. 1971-ci ildə Azərbaycan Kənd Təssərüfatı İnstitutunun zootexnik fakültəsini, 1976-cı ildə isə Rusiyanın Ryazan vilayətində Ümumiittifaq Elmi Tədqiqat Arıcılıq İnstitutunun məqsədli aspiranturasını bitirmişdir. O, 1977-ci ildə namizədlik, 1995-ci ildə doktorluq dissertasiyasını müdafiyə edərək biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Heyvanların ekologiyası üzrə çox saylı məqalələrin müəllifidir.
R.L. Sultanov 1983-1996-çı illərdə Azərbayçan Kənd Təsərrüfatı Akademiyasında assistent, dossent, 1996-1998-çı illərdə Azərbayçan Respublikasının Təhsil Nazirliyinin Təhsil Problemləri üzrə Respublika Elmi-Metodik Mərkəzində işləmiş və hal hazırda Təhsil Problemləri İnstitutunda baş elmi işci vəzifəsində işləyir. R.L.Sultanovun 21 illik elmi-pedoqoji staji vardır. Onun 130-a qədər elmi və elmi-metodik əsərləri , o çümlədən 5 monoqrafiyası, 7dərsliyi, 3 dərs vəsaiti, 27 fənn proqramı və metodik göstərişi dərç olunmuşdur. Onun 8 məqaləsi Moskva şəhərinin elmi jurnallarında, 20 məqaləsi isə Rusiyanın Ryazan, Orenburq şəhərlərində, Qazaxıstan, Qırğızıstan, və sair respublikalarda elmi-praktiki konfransların materiallarında dərç edilmişdir.
R.L.Sultanov arıcılığın bioloji və ekoloji problemləri üzrə elmi-tədqiqat işləri aparmış və hazırda Respublikamızda bu sahənin ilk və yeganə elmlər doktorudur. O, uzun müddətli tədqiqat işləri əsasında heyvandarlıq məhsullarının istehsalına və ekoloji problemlərə dair 13 texnoloji layihələri işləyib hazırlamışdır. Təqdim edilmiş texnoloji proseslər Elmi-Texniki Şura tərəfindən bəyənilmiş və mövçud təlimatlara daxil edilmişdir. Hal-hazırda onun rəhbərliyi altında 1 nəfər elmlər namizədlik dissertasiyasını müdafiyə etmiş, 3 nəfər aspirant və dissertant elmi-tədqiqat işi aparır. R.L.Sultanov həmcinin 2 doktorluq dissertasiyasının məsləhətçisidir.
R. L. Sultanov Azərbayçan Respublikası Təhsil Nazirliyinin Elmi Şurasında “Biologiya və kənd təsərrüfatı” bölməsinin , Respublika “Ziyalılar” çəmiyyətinin idarə heyyətinin üzvüdür. O, Respublikamızda təhsilin yüksəldilməsində olan xidmətlərinə görə Azərbayçan Respublikası Təhsil Nazirliyinin “Fəxri fərmanı” ilə təltif olunmuşdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO