Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Təqaüdçü mutant alma yetişdirib

Britaniyanın Duvr dairəsindəki kəndlərdən birinin sakini qeyri-adi alma yetişdirib.
Almanın bir üzü qırmızı, digər üzü isə yaşıldır. Maraqlıdır ki, qırmızı və yaşıl xətlər tən ortadan kəsişirlər.
72 yaşlı Ken Morriş yetişdirdiyi almanın “Golden Delişez” növündən olduğunu bildirir. Bu almalar üçün sarı rəng xarakterikdir. Mütəxəssislər isə bildirirlər ki, belə bir alma yetişdirmək şansı 1 000 000/1 nisbətində olub. Onlar almanın rəngini genetik mutasiya ilə izah edirlər.
Morriş qeyd edib ki, almanı görəndə gözlərinə inanmayıb. 45 il bağbanlıqla məşğul olan kənd sakini qonşularının almaya baxmaq və fotosunu çəkmək üçün növbəyə düzüldüklərini vurğulayır.
Mütəxəssislər onu da bildirirlər ki, belə bir növü bundan sonra da yetişdirmək şansı azdır. Bununla yanaşı onlar Morrişin almasından istifadə edərək cəhd göstərmək istəyirlər.

www.lent.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO