Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Dünyanın ən yaxşı alması!


Avstraliyalı tədqiqatçılar 20 illik zəhmətləri sayəsində yeni növ alma sortu yetişdiriblər və yaradıcıları onu dünyanın ən yaxşı alması adlandırırlar. Yeni alma sortuna hələ ad verilməyib. Onun şərti adı “RS103-130”dür.
Bu almalar dərildikdən sonra 2 həftə ərzində tər-təzə qalırlar. Əgər soyuducuda saxlanılarsa, bu almaları bir neçə ay saxlamaq mümkündür. Almanın dadına könüllülər baxıblar və digər alma sortlarından daha dadlı sayıblar.
“RS103-130” alma sortlarını bürüyən bir çox xəstəliklərə qarşı da dözümlüdür. Bu cür xəstəliklər hər il Avstraliyada meyvə becərənlərə 10 milyon dollardan çox ziyan vurur. Yaradıcıları bu alma sortunu yetişdirmək üçün genetik modifikasiya üsulundan istifadə etməyiblər.
Yeni alma sortu 2010-cu ildən satışa çıxarılacaq.

www.lent.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO