Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Şimali Amerikada Yer Kürəsinin ən yaşlı bitkisi tapılıb

Amerika bioloqlarına Yer Kürəsinin ən qədim bitkisini tapmaq müyəssər olub. Onların aşkarladığı palıd ağacının ekspertlərin hesablamalarına görə, 13 min yaşı var.
Tədqiqat zamanı bioloqlar adi palıd ağaclarından fərqlənən, Rusiyanın şimal zolağında qarşılaşdıqları Quercus palmeri (Palmera palıd ağacı) növündən olan təcrid olunmuş populyasiya ilə maraqlanmışlar. Həmin növ xarici görünüşdə kolu xatırladır. Kaliforniyanın yüksək regionunda bitən bu palıd ağacının populyasiyalarından birinin analizi göstərir ki, bu regionda bitən bütün bitkilər qeyri-cinsi çoxalırlar, yəni faktiki olaraq bir bitki hesab oluna bilərlər. Sonrakı müşahidələr göstərir ki, Q. palmeri koloniyası burada təqribən 12 min il əvvəl başa çatmış sonrakı pleystosen dövründə bitmişdir. Çoxları əvvəllərdə hesab etmişlər ki, təcrid olunmuş populyasiyaların bəziləri çox qədimi ola bilər, nəhayət ki, artıq bu sübut olundu. Alimlər qeyd ediblər ki, bitki meydana gələndə, bu region kifayət qədər soyuq olub, ona görə də palıd ağacı intensiv qeyri-cinsi çoxalma nəticəsində yaşaya bilib.
Bu yaxınlarda alimlər Şimali Amerikada ən qədim kənd təsərrüfatı mədəniyyəti tapıblar. Bu onlara adi balqabaq kimi görünüb. Birbaşa radiokarbon analizi göstərib ki, bu bitkinin tapılmış tumlarının 10 min il yaşı var. Bundan başqa, 8,5 və 6 min il yaşı olan yerfındığı və pambıq toxumu tapılıb.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO