Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yaşıllaşdırma işləri ilə tanış olmuşlar

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Suraxanı rayonundakı keçmiş “Binə” ticarət mərkəzinin ərazisində görülən yaşıllaşdırma işləri ilə tanış olublar.
Azərbaycanı yaşıl diyara çevirmək, Bakı və Abşeronda, eləcə də respublikamızın bütün bölgələrində ekoloji tarazlığı bərpa etmək, xüsusilə neftlə çirklənmiş ərazilərdə ətraf mühitin təhlükəsizliyini təmin etmək, insanların təmiz suya və təmiz havaya olan ehtiyacını ödəmək məqsədi ilə dövlət başçısının göstərişi ilə bir sıra ardıcıl tədbirlər həyata keçirilməkdədir. Təsadüfi deyil ki, ətraf mühitin mühafizəsinə xüsusi önəm verən Prezident İlham Əliyev 2010-cu ili ölkəmizdə Ekologiya ili elan etmişdir.
Dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Suraxanı rayonunun keçmiş “Binə” ticarət mərkəzinin yerləşdiyi ərazidə aparılan yaşılllaşdırma işləri ilə yaxından tanış olmaq üçün bura gəliblər. Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov yaşıllaşdırma layihəsi barədə dövlət başçısına məlumat verdi. Bildirildi ki, 85 hektar ərazidə bütövlükdə 95 min ədəd müxtəlif növ ağac əkiləcək, ərazinin 35 hektarında isə suvarma sistemi quraşdırılıb. Bu günə kimi 22 mindən artıq ağacın əkildiyi qeyd olundu. Dekabrın 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif idarə və təşkilatlarının 500-dən artıq əməkdaşının iştirakı ilə 5 hektar ərazidə 5 mindən artıq yaşıl tinglər əkilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ərazinin yaşılllaşdırılması layihəsi ilə tanış olduqdan sonra ağac əkiblər.

www.eco.gov.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO