Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Azərbaycan ETSN-nin Departament Direktoru: “Ağacların çoxu fərdi şəxslər tərəfindən kəsilir”

Day.Az-ın Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin Direktoru Xalıqverdi Hüseynovla müsahibəsi.

Qanunsuz ağac qırılmalarına qarşı ciddi nəzarətə baxmayaraq, bənzər hadisələr hələ də davam edir. Siz bu haqda nə deyə bilərsiz?

– Bu il bu problemlə bağlı müxtəlif istiqamətlərdə bir sıra işlər aparılıb. Bizim departamentin əsas fəaliyyətlərindən biri Bakı və Abşeron yarımadasındakı yaşıllıqların qorunması və qanun pozuntularının azaldılmasıdır.
Bununla bağlı bir neçə rəqəm demək istəyirəm. Bu il, daha dəqiq desək 11 ay ərzində qanunsuz ağac kəsimlərinə və yaşıllıqların qorunmamağına görə 544 akt və 179 protokol tərtib edilmişdir. Suyun və havanın çirklənməsi ilə bağlı, cavabdeh orqanlarla əlaqədar bu zaman kəsiyində 2100 akt və 788 protokol tərtib edilib. Bütün pozuntularla bağlı sanksiya tətbiq edilir. Və onların lazımi nəticələri olur. Hal-hazırda ağac kəsimi faktları nəzərə çarpacaq dərəcədə azalıb. əkilən ağaclar kəsilənlərə nisbətən normadan artıqdır.

Qanun pozuntularına görə sanksiyalar əvvəllərdə tərtib edilirdi, ancaq xüsusi dəyişiklik baş vermirdi. Hal-hazırda bununla bağlı vəziyyət necədir?

– Qeyd etdiyim kimi, son il şəhərdəki yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı hadisələr azalıb. Burada problemlərlə bağlı bu sahədə cavabdeh olan strukturlara verilən uyğun sərəncamların böyük rolu vardır.
Əlbəttə, biz əvvəllərdə qanunun pozanları cərimələyirdik və onunla da razılaşıram ki, bu hərdənbir lazımi nəticə vermirdi. Lakin, indi vəziyyət dəyişib. Bu məsələ ilə bağlı Cinayət Məcəlləsində (CM) cərimələrə baxılıb, hüquqi şəxslər üçün 4000-5000 manat, fiziki şəxslər üçün isə 600-800 manatdır. Mən belə hesab edirəm ki, bu tədbirlər sərtləşdirilib.
Qanunvericiliyə əsasən, əgər vətəndaş bir və ya bir neçə ağac kəsibsə, biz onu yalnız CM-nin bir maddəsi ilə cərimələyə bilərik. Mən təklif edirəm ki, hər ağac kəsiminə görə ayrı bir maddə ilə cərimə tətbiq edilsin. Yəni ki, hər ağac kəsiminə görə vətəndaş 600 manat ödəsin. Bəlkə bu halda bir çoxu bunu etmək istəməz.

Yəqin bunun üçün başlıca tədbirlər qəbul edilməli, siz qeyd etdiyiniz kimi vəziyyətə təsir göstərən xüsusi proqram hazırlanmalıdır…

– Uyğun proqram vacibdir, ancaq biz həmişə çalışırıq ki, öz işimizi lazımi səviyyədə yerinə yetirək. Yaşıllıqların kəsilməsi problemi yalnız dövlət strukturlarını deyil, ictimaiyyəti də narahat etməlidir. Mən hesab edirəm ki, mübarizə tədbirləri aksiya xarakteri daşımamalıdır. Həmişə hazır olmaq lazımdır.

Bakının hansı rayonunda qanunsuz ağac kəsimi faizi çoxdur?

– Şəhərin hər rayonunda öz ərazisindəki vəziyyətə nəzarət edən xüsusi işçi qrupu yaradılıb. Bu orqanın işçiləri nəzarəti və davamlı monitorinqi həyata keçirirlər.
Lakin əlimizdə olan məlumatlara əsasən deyə bilərik ki, qanunsuz ağac kəsimi faktları ən çox Bakı şəhərinin Xətai və Nizami rayonlarında qeyd edilib. Baxmayaraq ki, son illər bu rayonlardakı vəziyyət yaxşılığa doğru dəyişib.

Zeytunluqlardakı ağac kəsimləri ilə bağlı hansı tədbirlər görülür?

– Məlum olduğu kimi, bir vaxtlar bu bağlar baxımsız qalmışdır. Bu dövrdə tez-tez qanunsuz ağac kəsimləri, torpaq satışı, tikinti və s. halları baş verirdi. Hazırda bu problem bizim diqqətimizdədir. Hal-hazırda bu zonalarda qanunsuz ağac kəsimləri faktı aşkar edilməyib. Ancaq, yaşıllıqların lazımınca qorunmamağı ilə bağlı problemlər vardır ki, bunlarda onun məhv olmasına gətirib çıxarır. Hal-hazırda biz bu problemlərlə bağlı mübarizə aparırıq. Baxmayaraq ki, bu məsələ ilə bağlı həmin bağların balansda olduğu müəssisələr məşğul olmalıdır.

Sizcə şəhərdəki ağac kəsimlərinin əsas səbəbi nədir?

– Ağacların çoxu fərdi şəxslər tərəfindən kəsilir. Sadəcə olaraq bu belə baş vermir. Əsas səbəblərdən biri – bütün ağacların kəsilərək, hansısa bir obyektin tikintisi (qaraj və ya mağazanın).
Bəzi hallarda biz qanun pozanları, hətta hüquq mühafizə orqanlarının cəlb edilməsinə baxmayaraq tapa bilmirik. Buna görə yalnız biz deyil, lazımi nəzarət aparmalı olan bələdiyyələr, şəhərlərin İcra Hakimiyyətləri də cavabdehdirlər. Beləliklə, hər-hansı bir ərazidə qanunsuz ağac kəsimi hallarının 80%-də və tikintidə həmin strukturlar aparılan işlərdən xəbərdar olurlar. Ola bilməz ki, kimsə razılıq olmadan obyekt tikə bilsin, ağac kəsilən zaman onu görmürlər, lakin, bir neçə aydan sonra bu haqda hamı unudur və tikinti başlayır.

Regionlardakı qanunsuz ağac kəsimlərinə görə vəziyyət necədir?

– Bakı, Sumqayıt və Gəncə ilə müqayisədə, respublikanın qalan rayonlarında vəziyyət yaxşıdır. Bu il Sumqayıtda 177 akt və 18 protokol tərtib olunub. Cərimənin ümumi məbləği – 93402 manat olub. Gəncədə – 123 akt və 10 protokol, cərimənin məbləği isə – 327000 manat olub. Mingəçevirdə – 50 akt və 22 protokol, cərimənin məbləği – 11725 manat olub.

Gələcəkdə hansı planlarınız var?

– Hazırda biz gələn il üçün iş planı hazırlayırıq. Təbiətə atılan tullantılarla bağlı sənaye müəssisələri qarşısında olan tələbləri sərtləşdirməyi planlaşdırırıq. Bakının hər rayonunda digər özünüidarə orqanları ilə birlikdə ətraf mühitin mühafizəsi ilə bağlı maarifçilik işləri və s. aparmağı planlaşdırırıq.

R.Əşrəfli

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO