Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Ekologiya Nazirliyi 2010-cu ilin noyabrınadək Abşeronda 3 mln. ağac əkməyi planlaşdırır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2010-cu ilin noyabrınadək Abşeron yarımadasında 3 mln. ağacın əkilməsini təşkil etməyi planlaşdırır. Bu barədə jurnalistlərə nazir Hüseyn Bağırov məlumat verib.
O qeyd edib ki, bu həftə prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva yarımadada ətraf mühitin yaxşılaşması üzrə kampaniyaya start verib və 10 min ağacın əkilməsində iştirak ediblər.
“Biz 2010-cu ilin noyabrınadək Abşeronda 3 mln. ağac əkməyi, eyni zamanda, bu ağacların suvarılması ilə bağlı məsələni həll etməyi nəzərdə tuturuq. Bu həftə prezident və birinci xanımın iştirakı ilə 10 min ağac əkilib. Bu gün daha 65 min ağac əkəcəyik”, – deyə nazir vurğulayıb.
H.Bağırov əlavə edib ki, 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunduğu üçün respublikada bir sıra irimiqyaslı layihələrin, eləcə də meşə massivlərinin artırılması üçün layihələrin həyata keçirilməsi planlaşdırılır.

www.interfax.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO