Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Press Reliz

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu bu gün, 16 mart 2010-cu il tarixdə “Caspian Plaza” Hotelinin Biznes Mərkəzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2010-cu il “Ekologiya ili” elan edilməsi ilə əlaqədar “Ekologiya Uşaqların gözü ilə” mövzusunda Dəyirmi Masa keçirmişdir.
Tədbiri giriş sözü ilə Fondun prezidenti, prof. Rauf Sultanov açmışdır. O, cəmiyyətimizdə ekoloji məlumatlanmaya böyük ehtiyac olduğunu vurğuladı, bununla bağlı dövlətlərin, müvafiq təşkilatların bir çox işlər gördüyünü qeyd etdi.
Yanvar-Fevral aylarında Bakı şəhərinin 3 Uşaq Evi və 2 İnternat məktəbində “Ekologiya uşaqların gözü ilə” mövzusunda interraktiv üsullarla təlimlər keçən Fondun ekoloqu Sadiq Rzayev, təlimləri özündə cəmləşdirən slayd-şou göstərərək, geniş məlumat vermişdir.
Bundan başqa tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təbliğat şöbəsinin” məsul işcisi Ruslan Qədirov 2010-cu il “Ekologiya İli” elan edilməsi ilə əlaqədar görüləcək işlər, Təhsil Nazirliyinin nümayəndəsi Lalə Dadaşova “Şagirdlərdə İlkin Ekoloji Biliklərin Formalaşdırılması”, BMT-nin İctimai İnformasiya üzrə mütəxəssisi İqrar Əliyev “2010-Ölkəmizdə Ekologiya ili və Dünyada Biomüxtəliflik ili”, 11 saylı “Xüsusi İnternat Məktəbi”-nin nümayəndəsi Solmaz Sultanova “İnternat mətəblərində şagirdlər arasında ekoloji tərbiyənin formalaşması” mövzusunda məruzə etmişdirlər.
Həmçinin, Azərbaycan Tibb Universitetinin müəllimi Aydın Məmmədov, Bakı Dövlət Universitetinin məzunu Rövşən Əhmədov, BDU-nun psixologiya fakultəsinin tələbəsi Nigar Məmmədova, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun nümayəndəsi Hikmət Babayev mövzu ətrafında çıxışlar etmişlər.
Tədbirdə, Səhiyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nın nümayəndələri, müxtəlif Universitetlərin, QHT-lər və KİV nümayəndələri iştirak etmişdir.
AESMF-nun şagirdlərin biliyinin artırılmasında və ekoloji tərbiyənin formalaşdırılması istiqamətində apardığı maarifləndirici tədbirlər bundan sonra da davamlı olaraq həyata keçiriləcəkdir.

AESMF İctimaiyyətlə Əlaqələr şöbəsi

 

 

 

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO