Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

SƏHRADA DÜNYANIN EKOLOJİ BAXIMDAN ƏN TƏMİZ ŞƏHƏRİ SALINACAQDIR


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabinin ətrafında salınacaq ekoloji baxımdan ən təmiz şəhərdə avtomobil tıxacları olmayacaqdır, çünki şəhərin küçələrində atmosferi işlənmiş qazlarla zəhərləyən avtomobillər şütüməyəcəkdir. Burada göydələnlər ucaldılmayacaqdır, çünki bütün evlər ekoloji təmiz materiallardan inşa olunacaqdır. Şəhərdə zibilliklərə də rast gəlinməyəcəkdir, çünki məişət tullantılarının 100 faizi təkrar emal ediləcəkdir. Bir sözlə, şəhər deyil, Azərbaycan nağıllarındakı kimi gül-gülü, bülbül-bülbülü çağıran cənnətməkan olacaqdır.
Altı kvadratkilometr ərazidə salınacaq şəhərin adı Məsdərdir. Burada 50 minədək adam məskunlaşa bilər. Şəhərin əsas enerji mənbəyi Günəş olacaqdır. Yeri gəlmişkən, Məsdərdə Yaxın Şərqdə ən böyük Günəş elektrik stansiyası tikilmişdir. Ümumi dəyəri 15-30 milyard dollar arasında olan bu şəhəri 5-10 il müddətinə tikmək nəzərdə tutulur. Şəhəri isti səmum yellərindən qorumaq üçün onun perimetri boyu nəhəng divarlar çəkiləcəkdir. Dar küçələr, alçaq, bir-birinə sığınmış evlər şəhərə kölgə salacaq, sərinlik yaradacaqdır. Şəhərin küçələrində yerləşdiriləcək xüsusi ekranlar sakinləri qızmar günəş şüalarının zərərli təsirindən qoruyacaqdır.
Havanı təmiz saxlamaq üçün avtomobillərə şəhərə girişi qəti qadağan ediləcəkdir. Burada yalnız robotlaşdırılmış Personal Rapid Transit sistemləri – müasir elektromobillər işləyəcəkdir

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO