Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

PRESS RELİZ

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu, “İRƏLİ” İctimai Birliyi ilə birlikdə 2010-cu il may ayının 22-də “22 May Biomüxtəliflik günü” ilə əlaqədar Kütləvi Buklet paylama aksiyasını keçirməyi planlaşdırır.
22 May Dünyada Biomüxtəliflik gününün qeyd olunması ilə əlaqədar keçirəcəyimiz tədbirin məqsədi ictimaiyyət arasında bu istiqamətdə geniş ekoloji maarifləndirmə işinin həyata keçirməkdir. Biz İctimai Təşkilatlar olaraq dünyada Ekologiya ilə bağlı gedən proseslərə fəal qoşularaq “Biomüxtəliflik günü”nü ölkəmizdə maarifləndirmə məqsədi ilə “buklet paylama aksiyası” ilə qeyd etməyi planlaşdırmışıq.
Buklet paylama aksiyasını başlamazdan əvvəl tədbirin rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulub. Tədbirin rəsmi açılışında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, BMT və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbirin açılış mərasimi 22 may saat 11:00-da “İRƏLİ” İB-in ofisinin konfrans zalında keçiriləcəkdir. Ünvan: Bakı şəhəri, İçəri Şəhər, 1-ci Qəsr döngəsi 70 .

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO