Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Respublikamızda təbii fəlakət nəticəsində yaranan ekoloji vəziyyət

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu (AESMF) 22 iyun 2010-cu ildə “Caspian Plaza” Hotelinin Biznes Mərkəzində “Respublikamızda təbii fəlakət nəticəsində yaranan ekoloji vəziyyət”ə həsr olunmuş dəyirmi masa təşkil etmişdir. Bu toplantıda respublikmazlda aprel-may aylarında çayların daşması və mənsəbinin dəyişməsi, böyük ərazilərin su altında qalması nəticəsində münbit torpaqlar sıradan çıxması, həmin ərazilərin flora və faunasının məhv olması və əhaliyə dəyən maddi və mənəvi ziyan müzakirə edilmişdir.

Tədbiri giriş sözü ilə AESMF-nun prezidenti, professor Rauf Sultanov açmışdır.
Tədbirdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Mühafizə Şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov “Çaylarda suyun səviyyəsinin qalxması nəticəsində yaranmış ekoloji vəziyyət”, Bakı Dövlət Universitetinin professoru Qara Mustafayev “Zərər çəkmiş torpaqların flora və faunası”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaqların Ekologiyası və Kultivasiya şöbəsinin baş mühəndisi Ülviyyə Səmədova, “Təbii fəlakətlə əlaqədar torpaq fondunun mühafizə problemləri” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq Ehtiyatlarının İstifadə Olunmasına və Mühafizəsinə Nəzarət Sektorunun müdiri Ədalət Salmanov “Su altda qalan kəndlərin köçürülməsi”, Su Təsərrüfatı və Meliorasiya Açıq Tipli Səhmdar Cəmiyyətinin Su Anbarları və Hidroqovşaqların İstismarı Sektorunun müdiri Abdülrəhim Hacıyev, “ Çayların daşmasının qarşısının alınması və su anbarlarının mühafizəsi ilə əlaqədar görülmüş tədbirlər”, Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun baş idarəsinin sektor müdiri Arif İsgəndərov, “Təbii fəlakətin törətdiyi problemlər və onların aradan qaldırılması yolları”, Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) Sanitar-Gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov isə “Təbii fəlakət nəticəsində yarana bilən yoluxucu xəstəliklərin profilaktikası istiqamətində aparılmış tədbirlər” mövzusunda çıxışlar etmişlər. Dəyirmi masada Nizami, Nərimanov, Yasamal, Qaradağ, Binəqədi, Xətai, Xəzər İcra Hakimiyyətlərinin, ARDNŞ-ın, BP-nin, Nəqliyyat Nazirliyinin, Azad İstehlakçılar Birliyinin nümayəndələri, ekoloji təşkilatların, yerlı QHT-lər və KİV təmsilçiləri də iştirak etmişlər.
Ümid edirik ki, bu məsələ ilə birbaşa əlaqədar olan qurumlar tezliklə fəlakət zonasındakı problemlərin həll olunmasına nail olacaqlar.

 

 

 

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO