Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Zaqatalada armud ağacları çiçək açıb

Azərbaycanın Zaqatala rayonunda maraqlı təbiət hadisəsi baş verib.
Zaqatala rayonunun Yuxarı Tala kəndində iki armud ağacı çiçək açıb. Sözü gedən əraziyə nəzarət edən gözətçi Rza Quliyevin verdiyi məlumata əsasən, hər iki armud ağacı təqribən 15 il əvvəl əkilib. R.Quliyev armud ağaclarının noyabr ayının sonunda çiçəkləməsini birinci dəfə gördüyünü vurğulayıb.
O bildirib ki, bu ilin yayında rayonda havaların quraq keçməsi ilə əlaqədar sözü gedən armud ağaclarının quruyaraq məhv olmaması üçün meyvələri avqust ayının əvvəllərində çırpılaraq yerə tökülüb.
Zaqatala rayon İcra Hakimiyyəti aparatının aqrar məsələlər üzrə şöbəsindən bildirilib ki, ağacların payız fəslinin sonunda ikinci dəfə çiçəkləməsinə bu il havaların qeyri-sabit keçməsi səbəb olub.

www.lent.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO