Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Qarpız boyda limon

5,5 kq-lıq limon Pakistanda yetişib.
Pakistanın şərqindəki Sarqodha şəhərində yetişən limon görənləri heyrətə salır. Çünki yerli sakinlərdən birinin yetişdirdiyi limonun çəkisi düz 5,5 kq-dır. Pir Cumali kəndinin sakini Nasir Hassan adlı təsərrüfat sahibi yetişdirdiyi meyvənin Pakistanda və bütün dünyada qeydə alınan ən böyük limon olduğunu bildirib.
O, bunun sübut edilməsi üçün yetişdirdiyi meyvəni qışın sonuna kimi saxlayacağını deyib.
35 ildir təsərrüfatla məşğul olan pakistanlı nəhəng limon əldə etmək üçün 10 ildir işlədiyini bildirib. Onun sözlərinə görə, qarpız boyda limon yetişən ağac peyvənd edilib, Ağacın meyvəni saxlaması üçün budaqlara xüsusi dayaqlar verilib. Kəndlilərin onu dərməsinin qarşısını almaq üçün isə ağacı daim nəzarətdə saxlayıb.
Qeyd edək ki, normadan dəfələrlə böyük olan limon paytaxt İslamabadda, turistlərin çox olduğu istiqamətdə yerləşən tərəvəz dükanlarından birində nümayiş edilir.

www.ans.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO