Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

İqlim dəyişikliyinin qarşısının alınması teleradio kanallarının rolu olmadan mümkün deyil

Bakıda Mətbuat Şurası və YUNESKO-nun Moskva nümayəndəliyinin birgə təşkilatçılığı ilə “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində üçgünlük seminar keçirilir.
Seminarda məqsəd qlobal iqlim dəyişiklikləri ilə bağlı proseslərin kütləvi informasiya vasitələrində peşəkarlıqla işıqlandırılmasına, bu sahədə ixtisaslı jurnalist kadrlarının hazırlanmasına dəstək verməkdən, mövcud sahədəki bəzi neqativ tendensiyaların aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin açılışında bildirib ki, iqlim dəyişikliyi insanların bütövlükdə yaşam tərzinə və davranışlarına təsir göstərir. “Mövcud prosesin mənfi təsirlərinin qarşısı alınmasa, gələcəkdə aclıq, yoxsulluq kimi problemlər xeyli artacaq. Medianın, əsasən də televiziya və radio kanallarının rolu olmadan bu vəziyyətə effektiv təsir göstərmək mümkün deyil”, – Amaşov bildirib.
YUNESKO-nun Azərbaycan Milli Komissiyasının katibi Günay Əfəndiyeva tədbirdə bildirib ki, layihə çərçivəsində jurnalistlər üçün seminarla yanaşı, kitab çapının və saytın hazırlanması da nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev belə tədbirlərin mövcud tendensiyanın daha da möhkəmlənməsinə dəstək olduğunu, əlavə stimul verdiyini deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev ekoloji problemlərin aradan qaldırılmasına olduqca həssas yanaşır.
“Ölkədə qəbul edilən müvafiq dövlət sənədləri, qanunlara edilən əlavə və dəyişikliklər də bunun əyani nümunəsidir. Azərbaycan cəmiyyəti də məsələyə eyni həssaslıqla yanaşmalıdır. Burada «Teleradio mediası və iqlim dəyişikliyi» barədə Paris deklorasiyasından söhbət açıldı. Hesab edirik ki, bu gün Azərbaycanın teleradio nümayəndələrinin həmin sənədə həmrəy olduqlarını göstərmələri vacib məqamdır. Bununla ölkə KİV-ləri üzərilərinə böyük məsuliyyət götürmüş olurlar” Əliyev deyib.
Seminarda Bakıda və regionlarda fəaliyyət göstərən televiziya və radio kanallarının əməkdaşları iştirak edirlər.
Onlar tanınmış alim və mütəxəssislərin mövzu ilə bağlı fikir və təkliflərini dinləyirlər.

www.trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO