Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Sumqayıtda ekoloji tədbir keçirilmişdir

Bu günlərdə Sumqayıt şəhərində ATƏT-in təhlükəli sənaye tullantıları ilə bağlı maarifləndirmə layihəsi çərçivəsində “Təh¬lükəli sənaye tullantıları və çoxtərəfli əməkdaşlıq əsasında onlarla mübarizə metod¬ları” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə “Azərikimya” İB-nin Eko¬logiya şöbəsinin və Birlik müəssisələrinin müvafiq şöbələrinin, Şəhər İcra Hakimiyyətinin, şəhər bələdiyyəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt Dövlət Univer¬sitetinin, “Təhlükəli tullantılar” MMC-nin, eləcə də bir sıra kütləvi informasiya vasitələri nümayəndələri iştirak et¬mişlər. Maarifləndirmə təlimi missiyası daşıyan tədbirdə giriş sözü ilə çıxış edən “Energetika və Ekologiya” Maarifçilik İctimai Birliyinin sədri Vaqif Əliyev Sumqayıt şəhərində mövcud təhlükəli sənaye tullantıları, onların insan orqanizminə təsiri və bu tullantıların zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər haqqında geniş məlumat vermişdir. Müzakirə iştirakçıları mövzunun aktual¬lığını qeyd etmiş, konkret təkliflər irəli sürmüşlər. O cümlədən bildirilmişdir ki, “Azərikimya” İB-nin tabe¬çi¬li¬yində olan bütün zərərli istehsalatların fəaliyyəti dayan¬dı¬rıl¬mış, işlək istehsalatlarda isə əsaslı təmir və yenidən¬qurma işləri aparılmışdır. Hazırda istehsalatın bütün çirkli suları su¬təmizləyici qurğularda təmizləndikdən sonra dəni¬zə axıdılır. Sovet dövründən təhlükəli sənaye tullan¬tısı olaraq yığılıb qalmış 100 min tona qədər civəli şlam “Təh¬lükəli tul¬lantılar” MMC əməkdaşları tərəfindən daşı¬na¬raq, xüsusi poliqonlarda zərərsizləşdiril¬mişdir. Ekoloji tədbirlərdə yaxından iştirak edən kimyaçılar tərəfindən Bakı-Quba magistral yolu boyunca uza¬nan sənaye zona¬sın¬da 8 ay ərzində 45 minə qədər ağac əkilmişdir ki, bu da atmosfer hava¬sının saflaşmasına mü¬hüm təsir edən amillərdən biridir. Tədbirdə əsaslı arqumentlər gətirilərək, xüsusi olaraq vurğulanmışdır ki, baş ofisi Nyu-York şəhərində yerləşən Blacksmit İnstitutunun 2006-cı ildən bəri Sumqayıtı dünyanın 10 ən çirkli şəhərləri siyahısına daxil etməsi, bu günlərdə isə Rusi¬yanın İctimai Ekoloji Birliyinin 2010-cu ilin oktyabr-noyabr aylarında suyun və atmosferin təmizliyi üzrə keçirdiyi monitorinqin nəticələrinə görə Sumqayıtın respublikamızda ən çirkli şəhər elan olunması həqiqəti əks etdirmir. «Dəyirmi masa» iştirakçılarının təklifi ilə bu cür maarif¬lən¬dirici tədbirlərin mütəmadi olaraq keçirilməsi və şəhər Bələdiyyəsi nəzdində “Könüllü ekoloqlar Birliyi”nin yaradıl¬ma¬sı məqsədəuyğun hesab edilmişdir.

www.socar.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO