Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

ARDNŞ Ekologiya İdarəsinin yeni internet saytının təqdimatı keçirilmişdir

ARDNŞ Ekologiya İdarəsinin yeni internet saytının (www.socar.az/eco) təqdimatı keçirilmişdir. Təqdimatı açan ARDNŞ-nin Ekoloji layihələrin icra edilməsi şöbəsinin rəisi Ramiz Əliyev Şirkətdə ekoloji layihələrin icrasının aktiv fazasına 2006-cı ildən başlanıldığını bildirmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı” əsasında bugünədək 250 hektardan artıq mədən torpaqlarında rekultivasiya aparıldığını, bunların böyük hissəsinin Abşeron yarımadasında yerləşən neft-qaz çıxarma idarələri ərazisində olduğunu qeyd etmişdir. Kioto Protokolu çərçivəsində ARDNŞ tərəfindən görülən işlərə toxunan R. Əliyev Şirkət tərəfindən həyata keçirilən Təmiz İnkişaf Mexanizmi layihəsi üzrə görülən işlərin gedişatı barədə danışmışdır. 2010-cu ilin Azərbaycanda Ekologiya ili elan edildiyini deyən Ramiz Əliyev ARDNŞ tərəfindən bu il ərzində bir neçə əhəmiyyətli layihənin, o cümlədən Ekoloji Park layihəsinin həyata keçirildiyini vurğulamışdır. O, həmçinin 2008-ci ildə ARDNŞ-nin Ekoloji siyasət sənədinin qəbul edildiyini və məhz həmin sənədin əsasında ARDNŞ-nin yeni işə düşən obyektlərində “Sıfır tullantı” sxeminin tətbiq olunduğunu nəzərə çatdırmışdır. Daha sonra ARDNŞ-nin Ekologiya İdarəsinin rəis müavini Vüqar Kərimov İdarənin yeni internet saytının təqdimatını keçirmişdir. Bildirilmişdir ki, Ekologiya İdarəsinin hazırki saytı bir sıra yeniliklərlə fərqlənir. Dinamik xarakter daşıyan saytdakı “Xəbərlər” bölümündə mütəmadi olaraq İdarə tərəfindən ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər yayımlanır. Bundan başqa, İdarənin struktur bölmələri, işçi heyəti, müəssisələrin yerləşməsi və gördüyü işlər ayrı-ayrı başlıqlar altında yerləşdirilmişdir. Həmçinin, saytdakı linklər vasitəsilə ARDNŞ tərəfindən ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat almaq, habelə müvafiq fotoşəkillərə baxmaq mümkündür. Saytın əsas yeniliklərindən biri də “Elektron Kitabxana”dır ki, həmin kitabxanada ətraf mühitin mühafizəsindən bəhs edən böyük sayda ədəbiyyatla tanış olmaq mümkündür. Saytdakı pəncərələrə daxil olan istifadəçilər İdarənin əldə etdiyi sertifikatlar haqda məlumat almaq, “Qonaq Kitabı” və “Forum”da isə ürək sözlərini, irad və təkliflərini yazmaq imkanı qazanacaqlar. Daha sonra Ekologiya İdarəsinin rəhbərliyi təqdimatda iştirak edən ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən QHT nümayəndələrinin və jurnalistlərin suallarını cavablandırmışlar.

www.socar.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO