Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Ekol” QSC ekoloji layihələrin icrasını başa çatdırmışdır

Xəbər verdiyimiz kimi “Ekologiya ili” çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC “Azneft” İstehsalat Birliyi ilə birgə “Siyəzənneft”, “Abşeronneft”, “Balaxanıneft” və Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların rekultivasiyası və neft şlamının bioremediasiyası layihələrinin icrasına başlamışdır.
QSC-dən verilən məlumata görə, qurum “Siyəzənneft” və Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində layihə işlərini nəzərdə tutulmuş müddətdə artıq başa çatdırmışdır. “Ekol” “Siyəzənneft” NQÇİ-nin 24,5 hektaradək mədən ərazilərində neftlə çirklənmiş sahələrin bioremediasiyası layihəsini yerinə yetirərək, 14,5 hektar sahədə təmizləmə işləri aparmışdır. Layihə işləri “Siyəzənneft” NQÇİ-nin NYM, Ataçay, Sadan və Gil-gil çay mədən sahələrini əhatə etmişdir. İcra müddətində təmizlənmiş sahələrdən 52 min 744 kubmetr neft şlamı çıxarılmış, həmin sahələrə 99 min 739 kubmetr torpaq daşınaraq hamarlanmışdır.
Z.Tağıyev adına NQÇİ-nin (Qala qəsəbəsi) mədən ərazisində isə layihə işləri 10 hektar sahəni əhatə etmiş və 4,5 hektar ərazi təmizlənmişdir. Təmizlənmiş ərazilərdən 37 min kubmetr neft şlamı çıxarılaraq bioremediasiya olunmuşdur. Əraziyə 37 min kubmetr ştib və 25 min kubmetr torpaq daşınaraq hamarlama işləri aparılmış, 5 min 200 müxtəlif ağac növləri, 10 min bəzək və gül kolu əkilmişdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC digər layihələr üzrə işlərini davam etdirir.

www.azertag.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO