Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Bakı Olimpiya Stadionu üçün ayrılmış sahədə təkrar ekoloji monitorinq keçirilmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin ekoloji monitorinq departamentinin əməkdaşları Sabunçu rayonundakı Böyükşor gölü ətrafında Bakı Olimpiya Stadionunun tikintisi üçün ayrılmış sahənin mövcud vəziyyətinin öyrənilməsi məqsədi ilə təkrar ekoloji monitorinq keçirmişlər.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, eyni zamanda, ərazidə formalaşmış suyun səviyyəsinin ölçülməsi, su nümunələrinin götürülməsi, dib çöküntülərinin miqdarı və həcminin dəqiqləşdirilməsi məqsədi ilə müvafiq ölçmə işləri aparılmış, götürülmüş nümunələrin coğrafi koordinatları müəyyən edilmiş və iş prosesini əks etdirən görüntülər lentə alınmışdır.
Monitorinq zamanı əvvəlcədən müəyyən edilmiş 15 nöqtənin dərinliyi ölçülmüş, 5 müxtəlif nöqtədən su və dib çöküntüsü nümunələri götürülmüşdür. Nümunələr yoxlanılmaq üçün ekoloji monitorinq departamentinin kompleks tədqiqatlar laboratoriyasına təhvil verilmişdir.

www.azertag.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO