Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Planetimizi tanıyaq” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir

ARDNŞ-nin Ekologiya İdarəsi, “İRƏLİ” İctimai Birliyi və “Təbiət Elmlərinə Dəstək və Ekoloji Maarifləndirmə” (TEDEM) İctimai Birliyi “Planetimizi tanıyaq” layihəsi çərçivəsində növbəti tədbir keçirmişlər. Azərbaycan Kooperasiya Universitetində baş tutan tədbirin əsas məqsədi gənclərin ekoloji maarifləndirilməsi, ekoloji problemlərin həlli, həmçinin gənclərin bu sahəyə diqqətinin artırılmasından ibarət olmuşdur. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Eldar Zülfüqarov layihənin əhəmiyyəti haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Daha sonra ARDNŞ-nin Ekologiya İdarəsinin rəis müavini Vüqar Kərimov çıxış edərək “2010 – Ekologiya ili” çərçivəsində bütövlükdə ARDNŞ-nin və konkret olaraq, onun Ekologiya İdarəsinin həyata keçirdiyi layihələr, ekoloji təbliğat və maarifləndirmə tədbirləri haqqında ətraflı məlumat vermişdir. Tədbirdə Kompleks Tədqiqatlar Laboratoriyasının fəaliyyətinə həsr olunmuş geniş təqdimat keçirilmişdir. İdarənin Ekoloji Monitorinq Departamentinin əməkdaşları prezentasiya üzərində izahat vermiş, tədbirin mövzusu ətrafında öz fikirlərini bildirmişlər. ”TEDEM” İB-nin “Mavi Planet Yer kürəsi və Ekoloji Sfera” adlı təqdimatı da tələbələr tərəfindən maraqla qarşılanmışdır. Sonda iştirakçılara ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən hədiyyələr təqdim olunmuşdur.

www.socar.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO