Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

BMT Baş Məclisi 2013-cü ili Beynəlxalq Su Əməkdaşlığı ili elan etmişdir

BMT Baş Məclisi 2013-cü ili Beynəlxalq Su Əməkdaşlığı ili elan edən qətnaməni konsensusla qəbul etmişdir. Bu ideya Tacikistana məxsusdur. İlk dəfə belə bir təşəbbüslə 2009-cu ilin martında İstanbulda keçirilmiş Ümumdünya Su Forumunda Tacikistan Prezidenti Emoməli Rəhmon çıxış etmişdir. Qətnamənin həmmüəllifi 18 dövlət olmuşdur.
Qətnamədə sabit inkişaf, o cümlədən ətraf mühitin mühafizəsi, yoxsulluğun və aclığın ləğv edilməsi baxımından su ehtiyatlarının həlledici əhəmiyyəti vurğulanmışdır. Sənəddə təhlükəsiz içməli sudan və əsas sanitariya xidmətlərindən istifadə imkanı olmayan əhalinin payını iki dəfə azaltmaq məqsədinə doğru irəliləyişin ləng olması ilə bağlı narahatlıq ifadə olunur.
Baş Məclis su ehtiyatları sahəsində bundan əvvəl qəbul edilmiş qərarların həyata keçirilməsini sürətləndirmək məqsədi ilə 2013-cü ili Beynəlxalq Su Əməkdaşlığı ili elan etməyi qərara almışdır.
Beynəlxalq Su Əməkdaşlığı ili su resursları ilə bağlı problemlər və onların həlli yolları barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə BMT-nin, digər beynəlxalq və regional təşkilatların, hökumətlərin, vətəndaş cəmiyyətinin və biznesin səylərini birləşdirmək üçün platforma olmalıdır. Bundan əlavə, su əməkdaşlığı ili yeni ideyaların yaranması və beynəlxalq aləmdə şirin su ilə bağlı razılaşdırılmış məqsədlərə çatmağın daha səmərəli yollarının axtarışı üçün əlverişli mühitin yaranmasına kömək edəcəkdir.

www.azertag.com

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO