Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Dünyanın ən eybəcər pişiyi

“Çirkin yarasa” ABŞ-da yaşayır.
Dünyanın ən eybəcər pişiyi ABŞ-da baytarlıq klinikasında saxlanılır. Klinikaya bu eybəcər pişiyi görmək üçün hər gün yüzlərlə insan gəlir.
“Çirkin yarasa” adlı pişiyin yalnız sinəsində tük var. Bədəninin başqa yerləri isə tamamilə çılpaqdır. Bundan başqa, o iri gözləri, qırışıq üzü ilə də fərqlənir.
Klinikanın həkiminin sözlərinə görə, pişiyi onlara müştərilərindən biri hədiyyə edib. Bundan sonra klinikanın daimi sakini olan pişik həm də onun reklam üzü olub. Belə ki, pişiyi görməyə gələn sakinlərin hesabına xəstəxananın müştərilərinin də sayı artıb.
“Çirkin yarasa”nı görməyə gələnlər arasında isə hətta ondan qorxanlar da olub. Bəziləri isə onun canlı olduğuna şübhə ilə yanaşırlar. Bunun səbəbi isə pişiyin uzun müddət heç bir hərəkət etmədən ətrafına baxması və qəfil etdiyi hərəkətlərdir.

www.ans.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO