Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Payız mövsümündə 2 milyonadək ağac və kol bitkisi əkilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi payız mövsümündə Bakıda və onun ətrafında 2 milyonadək ağac və kol bitkisi əkib. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Ümumilikdə, payız mövsümündə Azərbaycanda 4 843 000-dən artıq ağac və kol əkilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar 2009-cu ildən başlayaraq genişmiqyaslı tədbirlər həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondunun torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən, nazirliyin daxili imkanları hesabına 114 hektar sahədə 290 560 ədəd müxtəlif ağac əkilib. Əkilən ağaclar müəssisənin tinglik sahələrində yetişdirilib.

www.trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO