Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Qozbel balinalar müəmmalı şturmanlara çevrildi

Qozbel balinalar köç zamanı alimlərə hələ ki, naməlum olan naviqasiya mexanizmindən istifadə edirlər ki, bu da onlara yollarında azmamaqlarına və seçilmiş istiqamətdən yayınmamağa imkan verir.
Meqaptera novaeangliae qozbel balinası 5 min kilometr məsafəni qət edərək köç edə bilir. Yayda onlar qütb en dairələrində yaşayırlar, qışda isə nəsil artırma üçün cənuba doğru üzürlər. Qozbel balinaların uzaq məsafəyə üzmə rekordu 9,8 min kilometr olmuşdur ki, bu məsafənin də öhdəsindən M. Novaeangliae dişi balinası gəlmişdir. O, Madaqaskardan Braziliya sahillərinə üzmüşdür.
Yeni işin müəllifləri balinaların köçünü onlara bərkidilmiş və siqnalları peyk vasitəsilə anlaşılan radiomayak vasitəsilə izləmişlər. Tədqiqat 2003-2010-cu illər arası davam etmişdir. Bundan başqa, alimlər müəyyənləşdirmişlər ki, balinalar düz istiqamətdə birbaşa hərəkət edirlər, istiqamətdən bir dərəcə belə kənara çıxmırlar.
Alimlər balinaların hansı sahə və əlamət ilə hərəkət etdiklərini bilmirlər. Əvvəllər hesab olunurdu ki, heyvanlar Yerin maqnit sahəsini hiss edirlər, lakin, bu cür şərait balinalara belə ciddi istiqamətə davam gətirməyə imkan vermir. Digər versiyaya görə, balinalar günəşin, ayın və ya ulduzların görünən vəziyyətlərinə əsasən hərəkət edirlər. Lakin, müşahidələr göstərir ki, M. Novaeangliae lazımi istiqaməti hətta buludlu havada, göy cisimləri görünməyən zamanda da izləyə bilir. Mütəxəssislər heyvanların bütün adıçəkilən mexanizmlərdən istifadə etdiklərini istisna etmirlər.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO