Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Köçəri quşların müşahidəsi

Xatırlatdığımız kimi, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu “Sivas Eğitimçiler Dərnəyi”nin Avropa Birliyinin “Gənclər Hərəkətdə” proqramının dəstəyi ilə həyata keçirdiyi “Gəlin təbiətdə quşlarla tanış olaq” adlı layihəsinə əməkdaş olaraq qoşulmuşdur.
Layihənin icra hissəsi 19-26 aprel 2011-ci tarixlərində Türkiyənin Sivas şəhərində keçirilmişdir. Layihəyə 5 ölkədən (Türkiyə, Makedoniya, Gürcüstan, Azərbaycan Ermənistan) 25 nəfər gənc qatılmışdır.
Layihəyə Azərbaycadan 5 nəfər iştirakçi qatılmışdır. Azərbaycan qrupunun lideri fondun ekoloqu Sadiq Rzayev idi.
Layihə çərçivəsində iştirakçılar Sivas şəhərinə yaxın olan Ulaş, Tödürgə, Hafik göllərinə səfər etmiş, köçəri quşları müşahidə etmişlər. Onlar Türkiyənin Cümhuriyyət Universitetinə səfər edərək, universitetin fəaliyyəti və strukturu ilə yaxından tanış oldular.
Təlimlər interraktiv üsulla Türkiyənin ətraf mühit sahəsində çalışan tanınmış ekspertləri tərəfindən aparıldı.
Layihənin sonunda ölkələrin liderilərinin toplantısı oldu, toplantıda iyun ayı üçün Avropa İttifaqının ”Gənclər Hərəkətdə” proqramına yeni layihə təqdim edilməsi qərara alındı.

 

 

 

 

 

 

 

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO