Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” – növbəti təlimin Press-Relizi (14.05.2011)

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” layihəsi çərçivəsində gənclər üçün təlimlər davam edir.
Növbəti təlim 14 may 2011-ci il tarixində “İnsan Hüquqları Evi”-ndə keçirilmişdir. Peşəkar ekoloq Sadiq Rzayev tərəfindən aparılmış təlimdə 20 nəfər gənc iştirak etmişdir. Təlimin mövzusu “Qlobal istiləşmə və İqlim Dəyişikliyi” olmuşdur. Təlim zamanı “Qlobal istiləşmə haqqında ümumi məlumat”, “ İqlim dəyişikliyi nədir?”, “İstixana təsiri nədir?”, “İstiləşmənin dəlili nədir?”, “İstilik nə qədər yüksələcək?”, “Qlobal İstiləşmə ilə mübarizədə hansi işlər görə bilərik?” və s. kimi məsələlərdən danışıldı. Təlim beyin həmlələri, qrup işləri, təqdimatlarla və interaktiv üsullarla keçirilmişdir. Təlimdə qlobal istiləşməyə aid videoroliklər nümayiş olundu.

Nəzərinizə çatdırırıq ki, növbəti təlim “Biomüxtəliflik” mövzusunda olacaqdır. Təlimlər hər həftənin şənbə günü saat 11.00-da, Bakı şəhəri, ak. Həsən Əliyev küç. 96a ünvanında keçiriləcəkdir.
Maraqlananlar 436-27-20 nömrəli telefona zəng edərək və azecology@gmail.com e-mail ünvanı ilə əlaqə saxlayaraq, təlimlərlə bağlı daha ətraflı məlumatı əldə edə bilərlər.

 

 

 

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO