Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı Yay Düşərgəsi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” və “Gələcəyə İnam” Gənclər İctimai Birliyi ilə birlikdə “Ətraf Mühitin Qorunmasında Gənclərin Rolu” adlı yay düşərgəsi layihəsinin hazırlıq hissəsinə başlamışdır.

Layihənin rəhbəri AESMF-nun ekoloqu Sadiq Rzayevdir. Layihənin məqsədi – gənclər arasında ekoloji maarifləndirmə işi aparmaq, onları ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqdır.

Layihəyə Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarından olan 25 nəfər fəal gənc cəlb olunacaq. Gənclərin seçimi üçün internet vasitəsi ilə ərizə forması hazırlanıb yayılacaq, seçim aparılacaq. Seçim zamanı qruplarda gender balansına riayət ediləcək. Seçimin ən əsas meyarlarından biri ərizəçinin motivasiyası olacaqdır. Layihənin icra hissəsi 21-24 iyul 2011-ci il tarixlərində, Bərdə rayonu ərazisində Tərtər Kür qovuşanında, Tuqay meşələrində həyata keçiriləcəkdir.
Gənclərə “Ekologiya”, “Ekoloji problemlər və onların həlli”, “Kür çayı-onun flora və faunası”, “Qlobal İstiləşmə və İqlim Dəyişikliyi”, “Kioto protokolu və Kopenhagen Sammiti”, “Ekoloji Təhlükəsizlik” və “Ətraf Mühitin Mühafizəsi” Azərbaycan Respublikasının Qanunu, “Dünyada fəaliyyət göstərən ekoloji forumlar və şəbəkələr” mövzusunda təlimlər və ekspertlərin təqdimatı keçiriləcəkdir. Layihədə keçirilən təlimlər 2 yerli təlimçilər tərəfindən aparılacaq. Təlimlər açıq havada keçiriləcəkdir. Düşərgədə gənclər xüsusi palatkalarda qalacaqlar. Gənclər, düşərgə zamanı Bərdə rayonuna ekskursiya edəcəklər. Düşərgədə meşə ərazisində təmizlik aksiyası keçiriləcəkdir. Təmizlənmiş ərazilərdə “Meşəmizi Qoruyaq” adlı şüar lövhələr basdırılacaqdır. Layihənin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Layihənin gedişi haqqında məlumat daima fondumuzun saytında (www.azecology.az) yerləşdiriləcəkdir.

Düşərgədə iştirak etmək üçün ərizə formasını doldurub azecology@gmail.com ünvanına 10 iyul 2011-ci il tarixinədək göndərməniz xahiş olunur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO