Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Təhlükəlidir, qanadları da var

BMT Azərbaycanın əkin sahələrinə çəyirtkə hücumu proqnozlaşdırır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bəzi ölkələrdə əkin sahələrinin çəyirtkə hücumuna məruz qalacağı ilə bağı məlumat yayıb. Bu ərazilərə xüsusilə Mərkəzi Asiya, Şimali və Cənubi Qafqaza ölkəkləri daxildir. Təşkilatın bu sahə üzrə mütəxəssisi Enni Monar təhlükə ilə bağlı risk zonasına Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstanın daxil olduğunu bildirib. O qeyd edib ki, təhlükəyə qarşı lazımi tədbirlər görülməsə, kənd təsərrüfatı sektoruna ciddi ziyan dəyəcək. Mütəxəssisin sözlərinə görə, FAO təhlükə gözlənilən ölkələrdə 25 milyon hektar əkin sahəsini çəyirtkə hücumundan qorumağa yardım göstərəcək. Nəzərdə tutlan yardınmlarsa məsələ ilə bağlı hazırlanan proqram çərçivəsində çəyirtkə hücumuna çevik reaksiya göstərməyi və bu təhlükənin qarşısını almağı nəzərdə tutulur. ABŞ Beynəlxalq İnkişaf Agentliyi isə bu proqramın icrasına 1,6 milyon dollar vəsait ayırıb. Layihəni dəstəkləmək niyyətində olan Rusiya, Fransa, Türkiyə ilə danışıqlar aparılır. Əkin sahələrinin çəyirtkə hücumuna məruz qalacağı proqozlaşdırılan ölkələr arasında Azərbaycan da var.
Qeyd edək ki, belə halların baş verməsi birinci dəfə deyil. Belə ki, hər ilin bu vaxtı əkin sahələri çəyirtkə hücumuna qalır. Ona görə də, belə halların baş verməsi o qədər də nadir sayılmaz. Hazırda isə Azərbaycanda kənd təsərrüfatı üçün yararlı olan 1,705 milyon hektar torpaq sahəsi var. Bunun 1,1255 milyon hektarında dənli bitkilər, 361,4 min hektarında yem bitkiləri, 177,6 min hektarında kartof, tərəvəz və bostan bitkiləri, 40,9 min hektarında isə texniki bitkilər əkilir. Əvvəlki illərə nisbətən ölkə taxıl ehtiyacını daxili imkanları hesabına ödəmək yoluna qədəm qoyub. Eyni zamanda, ölkə əhalisinin böyük bir hissəinin “çörəyi” torpaqdan çıxdığını nəzərə alsaq, belə bir təhlükənin baş verməsi iqtisadiyyata da kifayət qədər zərər verməsi ilə nəticələnə bilər. Bunun üçün təbbi ki, müvafiq tədbirlər görmək lazımdır.
Azərbaycan Ekologiya Standartlarının Monitorinqi İctimai Birliyinin sədri Rauf Sultanov “Paritet”ə açıqlamsında bildirib ki, dünya miqyasına çəyirtkələrin miqrasiya prosesi tez-tez təsadüf olunan haldır: “Xüsusilə də Azərbaycan kimi yaşıllıqları çox olan ölkələrdə bu hal mütəmadi olaraq baş verir. Demək olar ki, hər il bu vaxt əkin sahələri çəyirtkə hücumuna məruz qalır. Amma, başqa ölkələrə nisbətən bizdə çəyirtkə hücumundan ziyan o qədər də olmur”. Onun sözlərinə görə, bu proses 15-20 gün ərzində olur. Bunun qarşısını almaq üçünsə xüsusi dövlət proqramı olmalıdır hazırlanmalıdır: “Çəyirtkələrin miqrasiyası quşlar kimi deyil. Onlar müəyən əraziyə çökdülərsə, həmin ərazidə olan bitkiləri məhv etməyincə əl çəkmirlər. İlk növbədə onların miqrasiya yolunu öyrənmək lazımdır. Dərmanlama işləri aparılmalıdır. Əks təqdirdə meyvə bağlarlı, əkin sahələri zərər çəkə bilər. Bizim mütəxəsislər bunun qarşısını almağın yolunu bilirlər, amma dövlət proqramı hazırlansa daha mütəşəkkil mübarizə aparmaq olar. Əvvəlki illərdə baş verən belə hücumların ziyanı az olduğu üçün, tezliklə yaddan çıxıdı. Amma gheç kim zəmanət vermir ki, bu il zərər nə qədər olacaq. Ona görə də, hər şeyi əvvəldən hesablamaq lazımdır”.

ASIF

www.paritet.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO