Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” – növbəti təlimin Press-Relizi (21.05.2011)

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” layihəsi çərçivəsində gənclər üçün təlimlər davam edir.
Növbəti təlim 21 may 2011-ci il tarixində “İnsan Hüquqları Evi”-ndə keçirilmişdir. Fondun ekoloqu Sadiq Rzayev tərəfindən aparılmış təlimdə 20 nəfər gənc iştirak etmişdir. Təlimin mövzusu “Biomüxtəliflik” olmuşdur. Təlim zamanı “Qlobal Biomüxtəliflik strategiyasında iştirak edən fərdi şəxslər, təşkilatlar üçün 8 prinsip”, “Azərbaycanda biomüxtəliflik”, “22 May-Ümumdünya Biomüxtəliflik günü” və s. kimi məsələlərdən danışıldı. Təlim beyin həmlələri, qrup işləri, təqdimatlarla və interaktiv üsullarla keçirilmişdir. Təlimdə “Yaşıl Paket”dən istifadə olunaraq biomextəlifliyə aid videoroliklər nümayiş olundu.
Nəzərinizə çatdırırıq ki, növbəti təlim “Ekoloji Problemlər və Onların Həlli” mövzusunda açıq havada Mərdəkan Dendrarisinə ekskursiya zamanı keçiriləcəkdir.

Mərdəkana təşkilatçılar tərəfindən ayrılmış xüsusi avtobus 30 may 2011-ci il tarixində, bazar ertəsi günü, saat 10.00-da Bakı şəhəri, ak. Həsən Əliyev küç. 96a ünvanında, “İnsan Hüquqları Evi”nin qarşısından çıxacaqdır.
Maraqlananlar 436-27-20 nömrəli telefona zəng edərək və azecology@gmail.com e-mail ünvanı ilə əlaqə saxlayaraq, təlimlərlə bağlı daha ətraflı məlumatı əldə edə bilərlər.

 

 

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO