Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Ekoloji problemlər və onların həlli” – Mərdəkan Dendrarisinə ekskursiya, təlim (30.05.2011)

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” layihəsi çərçivəsində gənclər üçün təlimlər davam edir.
Layihə çərçivəsində 30 may 2011-ci il tarixində Mərdəkan Dendrarisinə ekskursiya keçirilmişdir. Ekskursiya zamanı fondun ekoloqu Sadiq Rzayev tərəfindən gənclərə “Ekoloji problemlər və onların həlli” mövzusunda təlim keçirilmişdir. Təlimdə 20 nəfər gənc iştirak etmişdir. Təlim açıq havada, qeyri-standart təlim üsulları ilə keçirilmişdir. Təlim zamanı “Ekoloji problemlər”, “Ekoloji problemlərin zənciri”, “Azərbaycanda ekoloji problemlər və onların həllinə yönəlmiş fəaliyyətlər” və s. kimi məsələlərdən danışıldı. Təlim beyin həmlələri, qrup işləri, təqdimatlarla və rol oyunları ilə keçirilmişdir.
Növbəti təlim “Kioto protokolu və Kopenhagen sammiti” mövzusunda olacaqdır. Təlimin keçirilməsinə əməkdaş olaraq BMT-nin İctimaiyyətlə Əlaqələr şöbəsi qoşulacaqdır. Təlimdə 2011-ci il BMT-də meşə ili elan olunması ilə bağlı video çarx nümayiş olunacaqdır.
Növbəti təlimin keçirilmə vaxtı 04 may 2011-ci il tarixində, şənbə günü, saat 11.00-da Bakı şəhəri, ak. Həsən Əliyev küç. 96a ünvanında, “İnsan Hüquqları Evi”ndə olacaqdır.

Maraqlananlar 436-27-20 nömrəli telefona zəng edərək və azecology@gmail.com e-mail ünvanı vasitəsilə əlaqə saxlayaraq, təlimlərlə bağlı daha ətraflı məlumatı əldə edə bilərlər.

 

 

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO