Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” – növbəti təlimin Press-Relizi (04.06.2011)

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” layihəsi çərçivəsində gənclər üçün təlimlər davam edir.
Növbəti təlim 04 iyun 2011-ci il tarixində “İnsan Hüquqları Evi”-ndə keçirilmişdir. Tədbirin keçirilməsinə BMT-nin Azərbaycan ofisinin İctimai İnformasiya Departamenti əməkdaş olaraq qoşulmuşdur.
Təlimçi ekspert Hikmət Babayev tərəfindən aparılmış təlimdə 20 nəfər gənc iştirak etmişdir. Təlim “Kioto Protokolu və Kopenhagen Sammiti” mövzusunda idi. Tədbirdə 2011-ci il BMT-də “Meşələr İli” elan olunması ilə əlaqədar xüsusi hazırlanmış video çarxın nümayişi və BMT-nin Azərbaycan ofisinin nümayəndəsi Lalə Rzayeva tərəfindən təqdimat olunmuşdur.
Təlim zamanı “Kioto Prokolu haqqında ümumi məlumat”, “Kioto Prokolunun mahiyyəti”, “Kioto Prokolunun məqsədləri və prinsipləri”, “Kopenhagen Sammiti və onun mahiyyəti və məqsədləri” və s. kimi məsələlərdən danışıldı. Təlim beyin həmlələri, qrup işləri, təqdimatlarla və interaktiv üsullarla keçirilmişdir. Təlimin sonunda iştirakçılara mövziya aid buklet və paylama materialları verilmişdir.
Nəzərinizə çatdırırıq ki, növbəti təlim “Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu” mövzusunda olacaqdır.
Təlim 10 iyun 2011-ci il, saat 11:00-da, Bakı şəhəri, ak. Həsən Əliyev küç. 96a ünvanında, “İnsan Hüquqları Evi”ndə keçiriləcəkdir.

Maraqlananlar 436-27-20 nömrəli telefona zəng edərək və ya azecology@gmail.com e-mail ünvanı ilə əlaqə saxlayaraq, təlimlərlə bağlı daha ətraflı məlumatı əldə edə bilərlər.

 

 

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO