Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” – növbəti təlimin Press-Relizi (10.06.2011)

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” layihəsi çərçivəsində gənclər üçün təlimlər davam edir.
Növbəti təlim 10 iyun 2011-ci il tarixində “İnsan Hüquqları Evi”-ndə keçirilmişdir.
Təlimçi Sadiq Rzayev tərəfindən aparılmış təlimdə 20 nəfər gənc iştirak etmişdir. Təlim “Dünyada fəaliyyət göstərən ekoloji forumlar və şəbəkələr” mövzusunda idi. Təlim zamanı “BMT-in Ətraf Mühit Proqramı”, “Avropa Ətraf Mühit Agentliyi”, “İqlim dəyişikliyi ilə bağlı ölkələrarası ekspert qrupu”, “Greenpeace”, “Ümumdünya Vəhşi Təbiət Fondu”, “Təbiətin qorunması üzrə beynəlxalq ittifaq” və s. kimi məsələlərdən danışıldı. Təlim beyin həmlələri, qrup işləri, təqdimatlarla və interaktiv üsullarla keçirilmişdir.
Nəzərinizə çatdırırıq ki, növbəti təlim “Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu” mövzusunda olacaqdır.
Təlim 18 iyun 2011-ci il, saat 11:00-da, Bakı şəhəri, ak. Həsən Əliyev küç. 96a ünvanında, “İnsan Hüquqları Evi”ndə keçiriləcəkdir.

Maraqlananlar 436-27-20 nömrəli telefona zəng edərək və ya azecology@gmail.com e-mail ünvanı ilə əlaqə saxlayaraq, təlimlərlə bağlı daha ətraflı məlumatı əldə edə bilərlər.

 

 

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO