Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu

Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondu (AESMF) qeyri-siyasi, qeyri-kommersiya, qeyri-hökumət təşkilatı kimi günümüzün ən aktual məsələləri olan ətraf mühitin çirklənməsi və Azərbaycanda biomüxtəlifliyin üzləşdiyi təhlükənin həlli məqsədilə bir qrup ekoloqlar tərəfindən 2004-cü ildə yaradılmışdır. Fond 31 iyul 2004 cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.

Fondun məqsədi – Ətraf mühitin böhranlı sahələrinin monitorinqlər vasitəsi ilə aşkar edərək onun bərpa olunmasına çalışmaq.

Vəzifələr:

• Ekoloji cəhətdən mürəkkəb vəziyyətdə olan sahələrin aşkar edilməsinə yönəldilmiş ekoloji monitorinqlərin keçirilməsi və Azərbaycan ekologiyasında mövcud olan ən aktual problemlərin müəyyən edilməsi;
• Ümumi rəy sorğusunun keçirilməsi və aktual məsələlərin həllinə ictimaiyyətin geniş dairələrinin cəlb edilməsi məqsədilə son metodologiyalardan istifadə edilməsi;
• Operativ qərarlar qəbul etmək və ictimaiyyətin geniş dairələrini məlumatlandırmaq məqsədilə əsasən ekoloji cəhətdən qənaətbəxş olmayan ərazilərdə ətraf mühitin vəziyyəti və onun çirklənmə dərəcəsi barədə gərəkli məlumatların vaxtlı-vaxtında təqdim olunması;
• Azərbaycanda təbiətin mühafizəsi ilə əlaqədar problemlərin həllinə köməklik göstərilməsi;
• Beynəlxalq Konvensiyalar və həmçinin Azərbaycan Respublikası qanunvericiliyi tərəfindən qəbul olunmuş ekoloji standartlara əməl olunması üzrə monitorinqlərin təşkili;
• Müxtəlif QHT, dövlətlər, beynəlxalq təşkilatlar və əhali arasında məlumat mübadiləsi qurmaq məqsədilə vahid informasiya məkanının yaradılması.

Fondun həyata keçirdiyi layihələr:

• Azərbaycanın biotəhlükəsizliyi haqqında qanun layihəsinin müzakirəsində ictimaiyyətin iştirakı (Açıq Cəmiyyət İnstitutu Fondunun Şərq-Şərq qrant proqramı)-2005-ci il
• “Mobil telefonların uşaqların sağlamlıq, təlim-tərbiyəsinə təsiri” ilə əlaqədar maarifləndirici tədbirlər (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası)-2007 ci il
• “Qafqaz Bal Arısı” Beynəlxalq forumu (Türkiyyə Erozyonla Mücadele Ağaclandırma (TEMA) və Rusiya Arıçılıq İnstitutu ilə (RAİ))-2006-cı il
• “Quş qripindən özünüzü qoruyun” (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) – 2006-cı il
• “Hava təhlükəsizliyi günləri” aksiyası (AVCİYA-Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsi)-2008-ci il.
• “Orta Məktəblərdə-Qlobal İstiləşmə və İqlim Dəyişikliyi anlayışı” (Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası) – 2010-cu il.
• “22 May Biomüxtəliflik Günü” (Biomüxtəliflik haqqında 5000 bukletin hazırlanıb Bakı şəhərində paylanması aksiyası) – İRƏLİ İB-yi ilə əməkdaşlıqla həyata keçirilmişdir – 2010-cu il.

Hal-hazırda icrada olan layihələr:

• “ Ətraf Mühitin Qorunmasında Gənclərin rolunun artırılması” (AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə)
• “ Gənclər Ətraf Mühitin Keşiyində” – ekoloji yay düşərgəsi (AR Gənclər və idman Nazirliyinin maliyyə dəstəyi ilə)

Ünvan: İ.P. Dadaşov küçəsi 50, AZ1069, Bakı, Azərbaycan

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO