Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” – növbəti təlimin Press-Relizi (18.06.2011)

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” layihəsi çərçivəsində gənclər üçün təlimlər davam edir.

Növbəti təlim 18 iyun 2011-ci il tarixində “İnsan Hüquqları Evi”-ndə keçirilmişdir.
Təlimçi Sadiq Rzayev tərəfindən aparılmış təlimdə 20 nəfər gənc iştirak etmişdir. Təlim “Ekoloji təhlükəsizlik haqqında Azerbaycan
Respublikasının qanunu” mövzusunda idi. Təlim zamanı “Qanunun təsir dairəsi və məqsədi”, “Ekoloji təhlükəsizlik haqqında dövlət siyasəti”,
“Ekoloji təhlükəsizlik haqqında dövlətin hüquqları və vəzifələri”, “Ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə təsərrüfat və digər fəaliyyətə dair məhdudiyyətlər”, “Təhlükəli ekoloji vəziyyətlərin nəticələrinin aradan qaldırılması”, “Ekoloji təhükəsizlik sahəsində qanunvericiliyin pozulması halları və məsuliyyət” və s. kimi məsələlərdən danışıldı. Təlim beyin həmlələri, qrup işləri, təqdimatlarla və interaktiv üsullarla keçirilmişdir.
Nəzərinizə çatdırırıq ki, növbəti təlim “Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunu” mövzusunda açıq havada Altıağac Dövlət Qoruğunda ekskursiya zamanı keçiriləcəkdir.

Altıağac Dövlət Qoruğuna təşkilatçılar tərəfindən ayrılmış xüsusi avtobus 25 iyun 2011-ci il tarixində, şənbə günü, saat 10.00-da Bakı şəhəri, ak. Həsən Əliyev küç. 96a ünvanında, “İnsan Hüquqları Evi”nin qarşısından çıxacaqdır.

Maraqlananlar 436-27-20 nömrəli telefona zəng edərək və ya azecology@gmail.com e-mail ünvanı ilə əlaqə saxlayaraq, təlimlərlə bağlı daha ətraflı məlumatı əldə edə bilərlər.

 

 

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO