Azecology
Arrow
Arrow
Slider

Sorğu

İçməli suyun təmizlənməsi üçün filtrdən istifadə edirsinizmi?

View Results

Loading ... Loading ...

“Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunu”- Altıağac milli qoruquna ekskursiya təlim (25.06.2011)

Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması” layihəsi çərçivəsində gənclər üçün təlimlər davam edir.
Layihə çərçivəsində 25 iyun 2011-ci il tarixində Altıağac milli qoruquna ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı fondun ekoloqu Sadiq Rzayev tərəfindən gənclərə “Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunu” mövzusunda təlim keçirilmişdir. Təlimdə 20 nəfər gənc iştirak etmişdir. Təlim açıq havada, qeyri-standart təlim üsulları ilə keçirilmişdir. Təlim zamanı “Qanunla tanışlıq və onun mahiyəti.“ “Ətraf mühitin mühafizəsi sahəsində hüquqlar və vəzifələr”, “Təbiyətdən istifadə” “Ətraf mühitin, təbii ehtiyatların dövlət kadastrı və monitorinqi, standartlaşdırma və sertifikatlaşdırma”, “Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi tənzimləmə”, “Ətraf mühitin ekoloji tarazlığının nizamlanması”və s. kimi məsələlərdən danışıldı. Təlim beyin həmlələri, qrup işləri, təqdimatlarla və rol oyunları ilə keçirilmişdir.
Növbəti təlim “İnternet bloqçuluq və onun ətraf mühitin qorunmasına göstərə biləcək təsiri” mövzusunda olacaqdır.
Növbəti təlimin keçirilmə vaxtı 02 iyul 2011-ci il tarixində, şənbə günü, saat 11.00-da Bakı şəhəri, ak. Həsən Əliyev küç. 96a ünvanında, “İnsan Hüquqları Evi”ndə olacaqdır.

Maraqlananlar 436-27-20 nömrəli telefona zəng edərək və azecology@gmail.com e-mail ünvanı vasitəsilə əlaqə saxlayaraq, təlimlərlə bağlı daha ətraflı məlumatı əldə edə bilərlər.

 

 

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO